Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:3.07.2022 10:28:56

Bakı metrosunda 1994-cü il martın 19-da və iyulun 3-də terror aktları baş verib.

Partlayışlarda ümumilikdə 27 nəfər həlak olub və 91 nəfər yaralanıb.

İslamazeri.com xəbər verir ki, 28 il bundan əvvəl 1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda terror aktı qeydə alınmışdı. Saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, elektrik qatarın ikinci vaqonunda partlayış baş verir. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdı.

Buna qədər isə 1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş vermişdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlamışdı. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdı. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.

Qeyd edək ki, “28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilir. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirir ki, o, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi olan Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdi.

9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının “Artur” adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdi. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana gəlmişdi. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdi.

Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilmişdi.


Bakı Metrosunda baş verən terror aktından 28 il keçir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     9.08.2022
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ