1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:14.05.2019 14:35:35

"1918-ci ildə Bakıda erməni kilsəsində araşdırma zamanı minlərlə silah-sursat tapılıb."

1918-ci ildə Bakıda erməni kilsəsində araşdırma zamanı minlərlə silah-sursat tapılıb. AXC oranı bağlamaq istəyəndə böyük qalmaqal yaranıb və Bakıdakı ingilis konsulluğu hökumətə təzyiq edib.

Kult.az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O, tarixi hadisələri sıralayaraq, ermənilərin yürütdüyü siyasətin mərkəzində hansı qüvvənin olmasına diqqət çəkib.

Z.Əliyevin göstərdiyi nümunələrə baxanda din amilinin ermənilərin siyasətində böyük ölçüdə rol oynadığını görmək olur:

“1) 1826-1828-ci illər - Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra erməni katolikosu Nerses Aştaraketsi ermənilərin Azərbaycana köçürülməsi haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

2) XX əsrin əvvəllərində bütün ermənilərin katolikosu V Gevorq Qafqaz ölkələrinə səyahətə başlayır. İlk olaraq Tiflisdə 3 gün qalan katolikos sonra Bakıya gəlir. Burda da bir müddət qalandan sonra qayıdır Eçmiədzinə. Bakı nefti hesabına varlanan erməni milyonçu Aramyan yolda ondan soruşur ki, səfəriniz necə keçdi, nələr gördünüz?

Katolikos cavabında deyir: “Mən Tiflisi erməni şəhəri kimi gördüm, bizimkilər oranı erməniləşdirib. Amma sizlər Bakını erməniləşdirə bilmədiniz. Bu, məni üzür”.

3) 1958-ci ildə isə bütün ermənilərin katolikosu II Vazgen Bakıya səfər edərək, Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. Buna görə də 1960-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-azərbaycanlı hərəkatı qızışdı. Qondarma “erməni soyqırımı”nın 50 illiyi, cəllad Andranikin 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu, öz doğma torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinin açıq surətdə dərin kök salmasına yeni təkan verdi.

4) 2012-ci ildə dünya mediasında belə bir xəbər çıxır:

“Ermənistan hökuməti XİN və Milli Təhlükəsizlik Xidmətinin funksiyalarını Eçmiədzin kilsəsinin üzərinə qoyub”.

Zaur Əliyev erməni katolikosunun bu siyasi proseslərin içində olmasına diqqət çəkərək, “Düşmənin əsas gücünün harada olduğu bəllidir” yazıb.


Bakıda erməni kilsəsindən minlərlə silah çıxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ