EURO 1,8859 TRY 0,2965
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.04.2019 14:19:54

Korrupsiyada ittiham olunan və bu yaxınlarda Azərbaycandan ekstradisiya edilmiş Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov azadlığa buraxılıb.

Korrupsiyada ittiham olunan və bu yaxınlarda Azərbaycandan ekstradisiya edilmiş Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov azadlığa buraxılıb.

Virtualaz.org “Fabula press”ə istinadən xəbər verir ki, aprelin 5-də onun barəsində başlanmış cinayət işi məhkəməyə göndərilib. İstintaq müddətində Junusov fevralın 4-nə qədər təcridxanada saxlanılıb. Sonradan onun həbs müddəti aprelin 4-nə qədər uzadılıb. Lakin sonrakı qərar barədə məlumat yoxdur.

Qırğızıstanın hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Adamkul Junusov barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 24-nə təxirə salınıb və buna səbəb təqsirləndirilən şəxsin səhhətindəki problemlərdir. Hazırda Junusovun harada olması məlum deyil.

Junusov ötən ilin dekabr ayında Bakıda – Heydər Əliyev adına hava limanında Nyu-Yorkdan Bakıya səfər etdikdən sonra saxlanılıb. Sonradan o, Qırğızıstana ekstradisiya olunub.


Bakıda tutulub aparılan eks gömrük rəhbərini azadlığa buraxıblar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ