EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.09.2019 19:35:31

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlara Baş Prokurorluq münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, 2015-ci il aprelin 15-də Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq üç gün ərzində saxlayıb dəfələrlə zorlayıb, həmçinin zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkiliş aparıb.

Həmin il aprelin 18-də Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədilə onu qətlə yetiriblər.

 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 fevral tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Baş Prokurorluqdan Gəncə şəhər sakininin döyülərək qətlə yetirilməsi barədə yayılan xəbərlərə reaksiya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ