EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.11.2019 10:28:51

Suriya prezidenti Bəşər Əsəd dünya və bölgədəki baş verən olaylarla bağlı dövlət televiziyalarına müsahibə verib

İslamazeri.com xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd dünya və bölgədəki baş verən olaylarla bağlı dövlət televiziyalarına müsahibəsi zamanı İŞİD lideri Əbubəkr Bağdadinin məhv edilməsi xəbərinə şübhə ilə yanaşdığını bildirib. 

"ABŞ İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin öldürülməsilə bağlı yayımladığı ssenari, Amerikanın yeni hiylələrindən biridir. Bizim vəzifəmiz oların bütün dediklərinə inanmamaqdır. Amma qəti dəlil gətirilsə, durum dəyişəcək. Bağdadi sadəcə bir nəfərdir. Hər bir anda və zamanda dəyişə bilər. Zənnimcə fərqli bir ad terror qruplaşmasının başına gətiriləcək. Bəlkə də, İŞİD ayrı bir adla yenidən istifadə olunacaq. Lakin ideologiya, addımları və idarəetməsi eyni olacaq, o da ABŞ-ın özünə aiddir.", -deyə Əsəd bildirib.

Suriya prezidenti bu əməliyyatla bağlı, Suriya Ordusunun əlaqəsinin və ya ABŞ ordusu ilə məlumat ötürmə kimi heç bir əməkdaşlığı olmadığını da deyib.

Əsəd müsahibəsi zamanı Türkiyə ilə Rusiyanın birgə həyata keçirəcəkləri patrul xidməti barədə suala isə,  "müvəqqəti" kəlməsindən istifadə edərək cavab verib. Türkiyənin ABŞ-la razılaşmasına görə hərbi əməliyyat keçirilmiş ərazilərdə -Rasulayn və Tel Abyad arasında Türkiyənin nəzarətində "təhlükəsiz bölgə" qurulması hədəflənib. Əsəd Türkiyə ordusunun nəzarətində olan bölgələrin Suriya Ordusu tərəfindən alınacağını da önə çəkib.


Bəşər Əsəd Bağdadinin öldürülməsindən danışdı: İŞİD-i ABŞ özü idarə edirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampın bəyanatları faşist bəyanatlarına bənzəyir - Oreqon ştatının senatoru
    "Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir"
     03.06.2020
    Maddi şeylərlə böyüklük göstərənlər gəldi-gedərdi...
    İslamazeri.com-un "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, İmam Xomeyninin vəfatı ilə bağlı jurnalist Ramin Bayramov özünün facebook səhifəsində yazıb
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ