EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:27.04.2020 14:53:39

Bu gündən etibarən bir sıra ölkələr yeni növ koronavirusun yayılması ilə bağlı tətbiq etdikləri məhdudlaşdırıcı tədbirləri yumşaldır.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, məhdudiyyətlərin ən çox aradan qaldırıldığı ölkələrdən biri Çexiyadır.

Belə ki, artıq ötən cümə günündən etibarən Çexiya rəhbərliyi öz vətəndaşlarına istirahət məqsədi də daxil olmaqla, xarici ölkələrə səfər etməyə icazə verib. Bundan əlavə, vətəndaşların öz evlərini tərk etməsinə və on nəfərdən az olan qruplarla hərəkətinə də icazə verilir. Karantinin yumşaldılmasına dair yeni qrafikə əsasən, aprelin 27-dən 2,5 min kvadrat metrə qədər sahəsi olan ticarət mərkəzləri, həmçinin fitnes mərkəzləri, kitabxana, zooparklar (qapalı məkanlar istisna olmaqla), kilsələr açıla bilər.

Xorvatiya hökuməti də aprelin 27-dən ölkə iqtisadiyyatının və ictimai həyatın mərhələli şəkildə bərpası planını təqdim edib. Nazirlər Kabinetinin planı üç mərhələdən ibarətdir. Plana əsasən, öncə mağazalar açılmalıdır, may-iyun aylarında mərhələli şəkildə şəhərlərarası və beynəlxalq nəqliyyat işə düşməli, həmçinin təhsil və səhiyyə müəssisələri, idman və mədəniyyət mərkəzləri fəaliyyət göstərməlidir.

İsveçrədə də koronavirusla bağlı məhdudiyyətlər üç mərhələdə ləğv olunacaq. Aprelin 27-dən ümumi yardım üçün tibb otaqları, stomatoloji kabinetlər, gözəllik və masaj salonları, avtoyuma məntəqələri və təsərrüfat malları mağazaları açılacaq.

Yunanıstanda isə koronavirus məhdudiyyətlərinin ləğvi 63 gün çəkəcək. Planın icrası isə pandemiyanın inkişafından asılı olaraq dəyişə bilər. Gözlənilir ki, ölkənin Baş Naziri Kiriakos Mitsotakis detalları həftənin əvvəlində xalqa müraciətində bildirsin. Ehtimal olunur ki, aprelin 27-si bəzi dövlət qurumları yenidən insanlara xidmət göstərəcək, ipoteka kontorları, dünya və birinci instansiya məhkəmələri fəaliyyətə başlayacaq.

Gürcüstan hökuməti də aprelin 27-dən bəzi məhdudiyyətləri aradan qaldıracaq. Belə ki, bazar ertəsindən bəri ölkədə minik avtomobillərinin, taksilərin hərəkətinə, onlayn-ticarətə, bundan əlavə istənilən məhsulların çatdırılmasına icazə verilir, həmçinin bəzi aqrar bazarların açılması nəzərdə tutulur.

Ən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu İspaniyada da bəzi qadağalar yumşaldılacaq. Belə ki, aprelin 27-dən etibarən İspaniyada 14 yaşdan kiçik uşaqlar gəzinti üçün evdən çıxa bilərlər.

Qeyd edək ki, bu gündən Azərbaycanda karantin məhdudiyyətlərinin bir qismi yumşaldılır.


Bəzi ölkələr karantini yumşaltdı: Ticarət Mərkəzləri, masaj-fitnes salonları açılır, səfərlərə icazə verilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ