EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.03.2019 20:28:27

Bu çıxışdan sonra Binəli Yıldırım problemlərin həllində ölkə cəfərilərinin və yerli azərbaycanlıların yanında olacağını bildirib.

İstanbulda Türkiyə şiələrinin "Kövsər" təşkilatının böyük mərkəzi açılıb.

İslamazeri.com-un müxbiri tədbirdən xəbər verir ki, mərasimdə Türkiyənin sonuncu baş naziri və İstanbul böyük şəhər bələdiyyə sədrliyinə namizəd, AK Partiyasının önəmli şəxslərindən olan Binəli Yıldırım, "Məcmei-Cahan Əhli-beyt" təşkilatının sədri Ayətullah Əxtəri, Ayətullah Xameneinin ofisinin məsulu Höccətül-İslam Fəllah Nejad, deputatlar; Şamil Ayrım (AKP), Bağcılar Bələdiyyə sədri Lokman Çağrıcı, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Xəyyam Daşdəmirov,  İranın İstanbul konsulu Mohsen Murtezaifar, CABİR  sədri Hasan Karabulut, İgdır Əhlibeyt alimlər sədri Zəki Tümay, Tayder təşkilatının sədri Ziya Türkyılmaz, Avropa Əhlibeyt alimləri dərnəyinin sədri Səbahəddin Türkyılmaz, alimlər, ictimaiyyət nümayəndələri, media təmsilçiləri,  Küveyt, İraq, Azərbaycandan qonaqlar və əhali iştirak edib.

Mərasim "On4" TV-də canlı yayımlanıb. Mərasimin əsas təşkilatçısı "Ehlader" sədri alim Kadir Akaras çıxış edərək şiələrlə bağlı problemlərin olduğunu və hökümətin bunların bəzisini həll etdiyini və bəzisini həll edəcəyinə ümid etdiyini bildirib. Bu çıxışdan sonra Binəli Yıldırım problemlərin həllində ölkə cəfərilərinin və yerli azərbaycanlıların yanında olacağını bildirərək "Bu gün inanc dünyamızda önəmli xidmətlər edəcək Kövsər Mədəniyyət Mərkəzini açırıq. Belə bir mərkəzin açılışında sizlərlə birlikdə iştirak etməkdən qürur duyuram. Yayımlarının yenidən bərpasında mənim də rolum olan On4 TV-nin də yeni yayımı xeyirli olsun", - deyə qeyd edib.

Sözlərinin davamında Binəli Yıldırım deyib: "FETÖ-nun xain çevriliş cəhdindən sonra Türkiyə uçurumdan geri qayıtdı. On4 TV-də o dönəmdə zərər çəkdi. Şamil Ayrım və Nürəddin Aras o dönəmi çox yaxından izlədi və nəhayət On4TV yayıma başladı. Yaşanan o problemlər On4 TV üçün aradan qaldırılacaq."

Mərasim Novruz bayramı və İmam Əli əleyhissalamın mövluduna həsr edilib.


Binəli Yıldırım şiələrə və yerli azərbaycanlılara söz verdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ