1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.03.2020 14:12:03

İsraildə koronavirus xəstələrinin sayı hər gün sürətlə artır

İslamazeri.com xəbər verir ki, İsraildə koronavirus xəstələrinin sayı hər gün sürətlə artır. Bir gündə 495 nəfər koronavirusa yoluxub.

Yayılmasına icazə verilən məlumata görə, İsrail mediası rəsmi mənbələrə əsasən bildirir ki, 5 nəfər koronavirusdan ölüb, 2495 nəfər isə bu virusa yoluxub.

Koronavirusa görə İsraildə işsizliyin sayı sürətlə artır. Belə ki, hər saat İsraildə min nəfər işsiz qalır. Hazırda sayın 1 milyona çatacağı qeyd edilir.

Rəsmi mənbələrdə işsiz sayı  815.727 göstərilir.

İsrail tərəfi koronavirusla bağlı çox qorxulu açıqlamalar verir. Ötən həftə  The Times Of Israel qeyd etmişdi ki,  epidemiyanın çox pis ssenarisi baş verərsə  1 milyon 440 min nəfər İsraildə COVİD-19-a yoluxacaq,  21600 nəfər dünyasını dəyişəcək.

Ümumilikdə 4 ssenari nəzərdən keçirilib; yaxşı variant, pis variant və iki orta variant.

Yaxşı halda hər infeksiyaya yoluxan 1 nəfəri yoluxduracaq, bu da 32 faiz əhali - 576 min nəfər deməkdir.

Bu da 108 min nəfərdə  ağr və kritik vəziyyət yaradacaq ki, 8600 nəfər öləcəkdir.

Araşdırmalarda bildirilir ki, əgər 47 faiz əhali koronavirusa yoluxsa bu  846 min nəfər deməkdir və nəticədə 12700 nəfərin ölümü baş verəcək.

Əgər  58 faiz əhali yoluxarsa bu  1 milyon 44 min nəfər deməkdir və nəticədə 15700 nəfər öləcək.

Bu açıqlamalar araşdırma aparan həkimlər tərəfindən başqa, rəsmi şəxslər tərəfindən də səslənir.

İsrailin baş nazir (əvəzi) Beynamin Netanyahu hökümətin növbədənkənar iclasında da axşar açıqlamaları iə yadda qalmışdı.

O "Mən dünyada bu məsələ ilə bağlı nə baş verdiyini izləyirəm. Mən müxtəlif ssenariləri müqayisə edirəm, mütəxəssislərlə məsləhətləşirəm. Bizdə koronavirusa yoluxma sayının tempi çox yüksəkdir. Əgər keçən həftə 500 nəfər bu xəstəliyə yoluxmuşdusa, indi bizdə bu say 1600-dür. Belə çıxır ki, gələn həftə on minlərlə olacaq? Əgər tez bir zamanda bunun qarşısı alınmasa milyon insan koronavirusa yoluxacaq", -deyə bildirmişdi.


Bir gündə İsraildə 495 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 18 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
    Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.
     31.03.2020
    Müdafiə Nazirliyi tərxis və çağırış haqqında QƏRAR verdi
    Çağırış mayın 31-dək uzadılır, tərxis aprelin 20-25-i reallaşacaq
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ