EURO 1,8782 TRY 0,2955
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:13.05.2019 16:53:52

İŞİD terrorçularının əsir düşmüş qadınları "xilafət"lə bağlı danışıblar.

İslamazeri.com-un “Lenta”-ya istinadən verdiyi xəbərə əsasən, yanlış inanc və yanlış fikir, sadəlövhlük və fırıldaq, bəzən də gənclik üsyanı - bütün bu sadalananlar dünyanın müxtəlif nöqtələrində yaşayan qadınları “gözəl” “xilafətə” getməyə məcbur edən amillərdir.

İŞİD terror təşkilatının Suriyanın Bağuz şəhərindəki son “qalası” da süqut etdikdən və “cihadçıların” “rəfiqələrini” filtrasiya düşərgələrinə topladıqdan sonra, həmin qadınlar səhvə yol verdiklərini, ümidlərinin boşa çıxdığını, təəssüf etdiklərini və evə qayıtmaq istədiklərini hər yeni gün daha da çox dilə gətirirlər.

Minimum şəraitli və insan çoxluğu olan düşərgələrdə hazırda İŞİD terrorçularının və tərəfdarlarının minlərlə ailəsi yaşayır. Burada çoxluqda olan qadınlar isə bu cür şəraitdə öz qayda-qanunlarını bərqərar ediblər. Onlar tövbə edib və öz canlarına görə narahat olsalar da, hələ ki, heç kəs onların sözlərinə inanmağa tələsmir. (islamazeri)

Maraqlısı budur ki, buradakı qadınların bir hissəsi iddia edirlər ki, hələ bu düşərgəyə gəlməzdən öncə, İŞİD-lə bağlı atdıqları addıma görə peşman olublar.


İŞİD terrorçularının əllərindəki son ərazilərdən olan insanların yaşadığı ən böyük düşərgə - əl-Həsəkə əyalətində yerləşən əl-Hol düşərgəsidir. Buraya ABŞ-ın dəstəklədiyi və əsasının kürdlərdən təşkil olunduğu “Suriya Demokratik Qüvvələri” nəzarət edir.

Düşərgədə hazırda 70 mindən çox insan yaşayır ki, onların da, demək olar ki, hamısını qadın və uşaqlar təşkil edir. Bunun səbəbi isə, kişilərin yoxlamaya göndərilməsidir: onların İŞİD terrorçusu olub-olmadığını müəyyən etmək lazımdır. (islamazeri)

Üstəlik, əl-Holda xarici vətəndaşlar üçün nəzərdə tutulmuş ayrı bir zona da var: xaricilər suriyalılar və iraqlılardan ayrı saxlanılırlar. Orada təxminən 11 min insan yaşayır ki, onlar arasında Almaniya, Hindistan, Kanada, Rusiya, Tunis, Türkiyə, Trinidad və Tobaqo, CAR vətəndaşları da var. Xaricdən gələn bir hissəsi yaxınlıqda yerləşən Roj adlı düşərgəsində də saxlanılır. Onlar arasında 46 yaşlı kanadalı Kimberli Polman da var.

 

 

Mən necə bu qədər axmaq, kor ola bilərdim?”, - Polman deyir. O, ərinə qoşulmaq üçün “xilafətə” gəlib; maraqlısı budur ki, onlar internet üzərindən tanış olublar və qadın Suriyaya gələnədək heç vaxt birbirilərini canlı görməyiblər. Onlar bir araya gəldikdən sonra, ərin aqressiv və qəddar olduğu bəlli olub və nəticədə də kanadalı qadın ondan boşanıb.

Polman tezliklə yenidən ərə gedib, həmçinin xəstəxanaya işə düzələrək yaralı uşaqlara kömək edib. “Mən çox sayda insanın ölümünü görmüşəm”, - o deyib. Qadın sonda belə nəticəyə gəlib ki, baş verən hər şey taqsırkarı məhz terrorçulardır: həmin terrorçular olmasaydı, dünya baş verənlərə bu cür reaksiya verməzdi.

Polman əri ilə birlikdə 2019-cu ildə SDQ-yə təslim olublar. Qadın qeyd edir ki, Kanadaya geri dönmək istəyir və İŞİD-ə qarşı çıxış etdiyi üçün düşərgə onun üçün təhlükəsiz deyil. . (islamazeri)

Mən özümü çox pis hiss edirəm, mənə elə gəlir ki, heç bir gələcəyə layiq deyiləm. Mən onlara inanmamalı idim”, - o bildirib.



Hazırda qaçqınlar düşərgəsində yaşayan qadınların böyük hissəsi, əvvəllər olduğu kimi, indi də terrorçuların qatı tərəfdarları olaraq qalırlar. Hələ azadlıqda ikən, həmin qadınlar əksər hallarda İŞİD-in “Əl-Hisba” xüsusi polis dəstəsinin üzvləri idilər.

“Associated Press” agentliyinin jurnalistləri danışırlar ki, qara libas geyinən qadınlar onlarla danışmaq istəyən hər kəsi qorxutmağa çalışırlar, uşaqlar isə düşərgəyə gələn ziyarətçilərə daş ataraq onları “köpək” və “kafir” adlandırırdılar.

 

Trinidad və Tobaqodan olan 45 yaşlı Heylon Louson deyir ki, “xilafətə” qoşulmaq qərarına görə hələ İŞİD ərazilərinə çatmamışdan qabaq peşman olmuşdu. Bu isə, o, qaranlıqda Türkiyə-Suriya sərhədini keçən zaman baş verib. “Mən orada qaçan insanları gördüm və başa düşdüm ki, bu, səhvdir”, - deyə o qeyd edib.  . (islamazeri)

O, "dini" qəbul etdikdən qısa müddət sonra, 2014-cü ildə Suriyaya gəlib. O, 12 yaşlı oğlu və yeni əri ilə birlikdə gəlib.

O deyir ki, Suriyaya gəldikdən qısa müddət sonra ərindən boşanıb. Bundan sonra isə onun əsas qayğısı oğlunun döyüşə getməsinə yol verməmək idi. Nəticədə onun oğlu hərbi xidmətdən imtina etdiyi üçün 3 dəfə həbs edilib. O və oğlu son “qaladan” çıxarkən kürd döyüşçüləri tərəfindən ələ keçiriliblər. Ələ keçirilən zaman isə, onun oğlu qadın paltarında idi.

 

 

 

24 yaşlı Aliyənin İŞİD-ə qoşulma hekayə isə fərqlidir. O, İndoneziyada mühafizəkar ailədə böyüsə də, özü elə də adətlərə bağlı şəxs olmayıb. “Sevdiyi” şəxslə münasibətləri alınmadıqdan sonra, Aliyə “dinə” gəlib. Əldən getmiş fürsətləri bərpa etmək üçün, o, radikal ideyalara müraciət edib.

Aliyə deyir ki, “xilafətin” həqiqiliyinə inanırdı. O, çox bəsit bir səbəb əsasında Suriyaya gəlib: “Onlar deyirdilər ki, siz hicrət edən zaman, bütün günahlarınız bağışlanır”. . (islamazeri)

Gənc qız 2015-ci ildə İndoneziyadan Türkiyəyə gəlib. O, burada onun kimi İŞİD-ə qoşulmaq istəyən əlcəzairli kişiyə ərə gedib. Kişi Suriyaya getməkdə tərəddüd etsə də, Aliyənin israrı ilə onlar Rəqqaya gediblər. Rəqqa isə “İŞİD”-in qeyri-rəsmi “paytaxtı” hesab edilirdi. 2017-ci ilin Fevral ayında cütlüyün Yəhya adlı oğlan uşaqlar doğulub.

İŞİD ərazisindəki həyat vəd edildiyi kimi olmadı: Aliyənin ailəsinin sənədlərini əllərindən aldılar, onların ünsiyyəti izlənilirdi, əri isə, döyüşçü olmaq istəmədiyinə görə bir müddətlik həbs belə edilib. Nəticədə o, yerli sosial təminat departamentində işə düzəlmişdi.

2017-ci ildə Aliyəyə oğlu ilə birlikdə terrorçuların nəzarətindəki ərazini tərk etmək üçün icazə verilib. Lakin onun əri orada qalmaq məcburiyyətində qalıb və həmin vaxtdan bəri onlar birbirilərini görməyiblər. İndi Aliyə ikinci şans qazanaraq vətəninə geri dönmək istəyir. “Mən gənc idim. Bəzi insanlar hələ də İŞİD-i sevirlər. Mən orada (xilafətdə) yaşamışam, onların həqiqətdə necə olduqlarını görmüşəm, elə buna görə də mən onlardan uzaqlaşdım”, - deyə qız iddia edir.

 

 

 

 

Mən onlara nifrət edirəm. Onlar bizə cənnət vəd etsələr də, türməyə saldılar. Onlar günahsız insanları qətlə yetirirlər. Onların etdiyi heç nə İslamdan deyil”, - deyə 31 yaşlı Belçika vətəndaşı Samir bildirir.

O, köhnə həyat tərzinə qayıtmağı arzu edir.

Onun hekayəsi isə belədir: o, günlərin bir günü həyatını dəyişmək istəyir və “dinə” müraciət edir və spirtli içkilərə, əvvəlki həyat tərzinə “yox” deyir.  . (islamazeri)

Sonradan o, Avropanın əsla müsəlmanları qəbul etməyəcəyinə və yalnız “xilafət” ərazisində öz dinini yaşaya biləcəyinə dair təbliğata uyur.

Bu, çox axmaqcasına addım idi, bilirəm”, - deyə o qeyd edib.

O deyib ki, Suriyaya gələn kimi, onu dərhal xüsusi qadınlar evinə yerləşdiriblər. Daha sonra isə bu evə, seçim etmələri üçün “adaxlı” gətirirdilər. Belçikalı qadın Kərəm əl-Xərcəvini seçib. Samirənin sözlərinə görə, döyüşlərdən imtina etdiyi üçün, İŞİD onun ərini bir müddət həbs edib; ər azadlığa çıxdıqdan sonra toyuq və yumurta satışı ilə məşğul olub.

2016-cı ildə cütlük qaçmağa çalışaraq qaçaqçıya pul verib, lakin qaçaqçı pulları mənimsəyərək onları terrorçulara təslim edib. Yalnız 2018-ci ildə onlar iki yaşlı uşaqları ilə qaçaraq kürdlərə təslim ola biliblər. SDQ əl-Xərcəvini İraq həbsxanasına göndərib. Samirə Belçikaya geri dönməyə çalışır.

İŞİD-in simasında gördüklərimiz bizim üçün dərs oldu və ekstremistlərə qarşı olan baxışımızı dəyişdi. Bizim istədiyimiz yalnız budur - cəmiyəttimizə  yenidən inteqrasiya olmaq”, - deyə o bildirib.

 

 

 

Qadınların peşman olmaları, döyüşlərdə iştirak etməmə və təəssüf haqda sözləri bir çoxuna yalan və hiylə kimi gəlir;  axı onlar, Suriyaya gələn zaman, terrorçuların dəhşətli cinayətlərindən agah idilər. Bu səbəbdən də, xaricilərin öz evlərinə qayıtmaq istəmələrinə dair xahişləri bu məsələni önə çəkir: Öz iradələri ilə “xilafətə” gələn qadın və kişilərlə, o cümlədən də onların uşaqları ilə bağlı hansı addımı atmaq lazımdır?

Bir sıra Avropa ölkələri az-az “xilafətə” köçmüş vətəndaşlarını qəbul etməyə başlayıb. Məsələn, Belçikada səylər - 10 yaşadək uşaqların ölkəyə qaytarılmasının üzərində cəmlənib. Belçika XİN qeyd edir ki, Brüsselin mövqeyi bu cürdür: onlar şəraitin və öz valideynlərinin səhvlərinin günahsız qurbanlarına çevriliblər. . (islamazeri)

Mütəxəssislər isə bu cür optimist deyillər. Məxsusən də, 2018-ci ildə Radikallaşmanın Araşdırılması üzrə Beynəlxalq Mərkəz bildirib ki, terrorçuların cərgələrindəki qadınların rolu lazımi dərəcədə dəyərləndirilməyib: onların bəziləri İŞİD nəzarəti altındakı ərazilərdə hazırlıq keçiblər və öz biliklərini digərləri ilə bölüşə bilərlər. Hesabatda qeyd edilirdi ki, “xilafətin” həddi-büluğa çatmayan sakinləri ilə də bağlı məsələ sadə deyil; onlar erkən yaşlardan ideoloji təbliğata məruz qalıblar və döyüş təlimlərində iştirak ediblər. Bütün bunlar nəticədə onların radikallaşmasına və ictimaiyyət üçün ciddi problemlərə səbəb ola bilər.


“Bizə cənnət vəd etdilər!” - İŞİD-çilərin əsir arvadları danışır - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oqtay Gülalıyevin vəziyyətində dəyişiklik yoxdur
    Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır, hələlik dəyişiklik yoxdur
     11.11.2019
    Bakıda
    Bakıda Cümə məscidinin təşəbbüsü və "Kral ət və ət məhsulları" şirkətinin dəstəyilə "Müqəddəs Mövlud Həftəsi" adlı mövlud mərasimi keçiriləcək
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ