1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:27.02.2020 10:35:10

Hicri-qəməri tarixi ilə rəcəb ayının 3-ü müsəlmanların 10-cu imamı Əli ibni Məhəmməd Nəqinin (ə) şəhid edilən günüdür

İslamazeri.com xatırladır ki, hicri-qəməri təqviminin 214-cü ilində zilhiccə ayının ortalarında Mədinədə dünyaya gələn həzrət Abbasi xəlifəsi Mutəz-Billah tərəfindən İraqın Samirra şəhərindəki hərbi qərargahların birində daim nəzarət altında saxlanılırdı və məhz bu səbəbdən ona və 11-ci imama "əl-Əsgəri" ləqəbləri verilib.

Bundan başqa, ona sahib olduğu fəzilətlərə görə yaşadığı dövrdə xalq tərəfindən bir çox digər ləqəblər də verilib: "Hadi" (yol göstərən), "Nağı" (pak), "Əmin" (əmanət saxlayan), "Nasih" (nəsihətçi) və sair.

Mutəz-Billah imamın günbəgün artan nüfuzundan qorxaraq, hicrətin 254-cü ilində o həzrəti zəhərləyir.

Hədislərə görə, imam bir neçə dildə danışıb, digər dinlər və millətlərin alimləri ilə münasibətlər qurub. Onun haqqında saysız-hesabsız fəzilətli sifət və kəramət (möcüzə) sahibi olduğu nəql edilir.

Bildirək ki, hazırda imamın məqbərəsi Samirrada yerləşir.

Qeyd edək ki, 11-ci imamın (Həsən Əsgəri (ə)) məzarı da buradadır.


Bu gün İmam Əliyyən Nəqinin (ə) şəhid edildiyi gündür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ