1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:31.07.2020 20:27:23

İranın İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək Qurban bayramı münasabətilə televiziyada canlı olaraq çıxış edib.

İslamazeri.com leader.ir-ə istinadən bildirir ki, İslam İnqilabının Rəhbəri İran xalqını, dünya müsəlmanlarını və İbrahimi dinlərin davamçılarını Mübarək Qurban bayramı münasibətilə təbrik edərək zilhiccənin birinci ongünlüyünün əzəmətli və yönləndirici xatirələr ongünlüyü olmaqla yanaşı, təvəssül və yalvarış ongünlüyü də olduğunu deyib: “Bu bərəkətli ayın ikinci ongünlüyü Mübarək Qədir bayramına görə vilayət ongünlüyü hesab edilir. Bu məsələ bütün ilahi hökmlərdən yüksəkdə dayanır, çünki vilayət Allahın bütün hökmlərinin icra zəmanətidir”.

“Zilhiccənin üçüncü ongünlüyü də mübahilə kimi əlamətdar günlər münasibətilə mühüm bir ongünlükdür. Xalqın birinci ongünlüyü bərəkətlə başa vurduğu kimi, sonrakı iki ongünlüyü də Allahın razılığı və xalqın xoşbəxtliyinə səbəb olacaq şəkildə başa vuracağına ümidvarıq”, - deyə Ayətullah Xamenei əlavə edib.

Ayətullah Xamenei xalqla görüşlərin məmnun qaldığı və sevdiyi işlərdən olduğunu deyib: “Kiçik, ancaq çox təhlükəli olan karonavirus bu sevinci əlimizdən alıb”.

Sonra o bildirib: “Bu görüş səhiyyə işçiləri və mömincəsinə yardım qruplarının nümayəndələri ilə virtual şəkildə keçirilməli idi. Lakin Korona ilə Milli Mübarizə Qərargahı on nəfərdən artıq adamın bir yerdə toplaşmasını qadağan etdiyi üçün, təəssüflər olsun ki, bu virtual görüş də mümkün olmadı”.

İnqilabın Rəhbəri pandemiya dövründə əhalinin əksər hissəsinin iqtisadi cəhətdən zərər gösməsinə işarə edərək deyib: “Bu müddətdə bir qrup insan ciddi xəsarətlər və problemlərlə qarşılaşıb. Xalqa mömincəsinə yardım hərəkatını daha da genişləndirərək bu təbəqələrin köməyinə tələsmək lazımdır”.

Ayətullah Xamenei Quran ayələrinə istinad edərək xalqı bu mənəvi müsabiqədə daha fəal və yüksək əhval ruhiyyə ilə iştirak etməyə çağırıb: “Xeyir işdə qabağa düşmək Allah-taalanın Quranda təkidlə və təkrar-təkrar qeyd etdiyi göstərişlərdəndir, başqalarının da yaxşı işlərə həvəs və meyl göstərməsinə səbəb olur”.

İnqilabın Rəhbəri bu cür işlərin sözün əsl mənasında inqilabçı işlər olduğunu bildirib: “Məhərrəm ayında yeməkləri gigiyena qaydalarına tam riayət etməklə mömincəsinə yardım şəklində ailələrə çatdırmaq olar”.

Ayətullah Xamenei korona virusun öyrənilməsi, onunla mübarizə və müalicəsinin tapılması istiqamətində ölkədə aparılan ciddi elmi işlərə işarə edərək  “Bu cür səylər bütün yönlərdən artırılmalıdır”, - deyə qeyd edib.

O, məhərrəm ayının mərasimlərinə də toxunaraq deyib: “İmam Hüseyn matəminin bütün iştirakçıları, heyətlər və məddahlar Korona ilə Milli Mübarizə Qərargahının bütün göstərişlərinə əməl etməlidirlər. Çünki məsələ çox ciddidir”.


Bu məsələ bütün ilahi hökmlərdən yüksəkdə dayanır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan ruhaniləri ölkə ərazilərinin işğalının ildönümünə həsr olunmuş tədbir keçirib - FOTO
    Bu gün, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt” Dini Mədəniyyət Mərkəzində Gürcüstan ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
     08.08.2020
    Azərbaycanda məscidlər nə vaxt açılacaq? - Brifinqdə sual verildi...
    "Bu günkü reallıq nəzərə alınmaqla, təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.
     08.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ