Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:16.01.2022 11:31:43

Yoluxma sayının günbəgün artdığı Özbəkistanda peyvənd olunan şəxslərə qiymətli hədiyyələr veriləcək.

Özbəkistanda “Covid-19”a qarşı peyvənd olunan vətəndaşlar qiymətli prizlər, o cümlədən avtomobil qazana bilərlər.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib ki, müsabiqə bu ilin yanvar, fevral və mart aylarında peyvənd olunan və sertifikat alan Özbəkistan vətəndaşlarına şamil edilir.

  Qeyd edək ki, yanvarın 5-dən bu günədək Özbəkistanda sutkalıq yoluxma halı günbəgün artmaqda davam edir. Belə ki, yanvarın 5-də yoluxma sayı 146 olmuşdusa, yanvarın 7-də 214, 9-da 389, 11-də 604, 13-də 824 olub.

  Xatırladırıq ki, pandemiya dövründə ölkədə yoluxma sayı 203 min 297 nəfərə çatıb.


Bu ölkədə koronavirus əleyhinə peyvənd olunanlara avtomobil veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu gün I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
    4 iyul saat 09:10-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 20506, IV ixtisas qrupu üzrə isə 3959 abituriyent ərizəsini təsdiq edib.
     4.07.2022
    Azərbaycanın xarici işlər naziri İrana rəsmi səfər edib
    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
     4.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ