1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:01.11.2019 09:29:03

Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.

Eks prezident Əbülfəz Elçibəyin mərhum həyat yoldaşı Həlimə Əliyeva ölümündən əvvəl ölkəmizin Birinci Vitse Prezidenti Mehriban Əliyevaya yaşadıqları evin təmiri ilə bağlı müraciət etmişdi. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dərhal evdə təmir bərpa işləri həyata keçirilib. Bir neçə ay davam edən təmir işləri artıq yekunlaşıb. Əməkdaşlarımız bu gün həmin evdə olublar.

Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.

Ev 1998-ci ildə alınıb və eks prezident 2000-ci ilə qədər ailəsi ilə birlikdə məhz burda yaşayıb. Hətta evin həyətində Əbülfəz Elçibəyin həmin zamanlar istifadə etdiyi avtomobil hələ də saxlanılır.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ev iki mərtəbə və mansardan ibarətdir. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirilib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə belə abadlaşdırılıb.

Qeyd edək ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya evin təmiri ilə bağlı müraciət ünvanlayıb.

Elçibəyin oğlu Ərturqut Əliyev bildirib ki, evin təmiri ilə bağlı müraciət edərkən dövlətimizin onlara sahib çıxacağından və ümidsiz qoymayacağından əmin olublar. O, deyib ki, ümidlərimiz özünü doğrultdu. Hər şeyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. ("Xəzər Xəbər")


Əbülfəz Elçibəyin təmir edilən evindən görüntülər - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ