Cəlilabadın 35 kəndində işıq kəsilib.
Cəlilabad rayonunun 35 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
İslamazeri.com xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar rayonun Cəlayir, Mirzəli, Lallar, Cəngan, Fərəcullalı, Tahirli, Ağusəm, Soltankənd, Ləzran, Çinar, Kövüzbulaq, Edişə, Zəhmətabad, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şatırlı, Badamağac, Buravar, Ləkin, Musalı, Əsədli, Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbiəlli, Boyxanlı, Məlikqasımlı, Şötüklü, Novruzallı, Məşədilər, Dostallı və Yusifli kəndlərinin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
Məhdudiyyət ümumilikdə 6155 abonenti əhatə edir.
Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.