EURO 1,9673 NEFT 80,1
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2018 14:45:09

Xabarovskda pauerrliftinq (ağırlıq qaldırma - red.) üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətli ilə bağlı ilkin dinləmələr yanvarın 15-nə təyin olunub.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” Xabarovsk məhkəməsinin nümayəndəsi məlumat yayıb.

“İş üzrə ilkin dinləmələr yanvarın 15-i gününə təyin olunub. İclas qapalı rejimdə keçiriləcək. Həmin dinləmələrdə proses üzrə ilk məhkəmə iclasının tarixi, həmçinin prosesin qapalı və ya açıq keçiriləcəyi müəyyənləşdiriləcək”, - deyə agentliyə müsahibə verən nümayəndə bildirib.

Xatırladaq ki, 20 avqust 2017-ci il tarixində Xabarovskda kafenin qarşısında Andrey Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında mübahisə düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs yumruq və təpiklərlə zərərçəkənin baş və bədən nayihəsinə çoxsaylı zərbələr endirib. Aldığı xəsarətlərin ağırlığından Draçyov xəstəxanada dünyasını dəyişib.

İstintaq komitəsi qətllə bağlı cinayəti işi açıb. Təqsirləndirilən şəxs hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.


Çempionu öldürən azərbaycanlının məhkəməsi başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yeni “Lada Xray Cross”-un qiyməti açıqlandı
    Rusiyanın “AvtoVAZ” avtomobil şirkəti yeni “Lada Xray Cross” modelinin qiymətini açıqlayıb.
     16.10.2018
    Bakı metrosunda sərnişin öldü
    Ötən gün səhər saat 06:30 radələrində Bakı metrosunda sərnişinin halı pisləşib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ