Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:13.06.2022 13:40:02

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında qeydə alınan problemə aydınlıq gətirib.

DİM-dən "İslamazeri.com"a bildirilib ki, bu imtahanlarda iştirakçıların dinləyib-anlama bacarıqları da yoxlanılır.

"Təəssüf ki, dünən keçirilən imtahanda istifadə olunan dinləmə mətnlərinin (monoloq və dialoq) səsləndirmə qurğusundakı ardıcıllığı (əvvəl monoloq, sonra dialoq) və onlara cavab vermək üçün kitabçada olan dinləmə mətnləri (əvvəl dialoq, sonra monoloq) üzrə sualların ardıcıllığı dəyişik verilib. Qeyd olunan hal aşkar olunduqdan sonra bu uyğunsuzluq haqqında imtahan iştirakçılarına məlumat verilib və dinləmə mətnləri yenidən səsləndirilərək onlara kitabçada olan uyğun sualların (monoloq üzrə 6-10, dialoq üzrə 1-5) hansılarına bu mətn əsasında cavab vermək lazım olduğu bir daha izah olunub, həmçinin müəyyən vaxt itkisinə yol verildiyi üçün imtahanın müddəti əlavə olaraq 30 dəqiqə artırılıb. Yəni bu uyğunsuzluğun yaratdığı anlaşılmazlığı yerində aradan qaldırmaq mümkün olub.

Bununla belə, baş verən uyğunsuzluqla əlaqədar bütün imtahan iştirakçılarından üzr istəyirik. Baş vermiş halla əlaqədar dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacaq. Bu imtahandan toplanılan bal dinləmə bloku üzrə yekun imtahan nəticəsi kimi əsas götürüləcək.

Dinləmə bloku imtahanında yenidən iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna yollaya bilərlər.

İmtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək", - mərkəzdən qeyd olunub.


DİM ötən gün keçirilən imtahanda qeydə alınan problemə aydınlıq gətirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ünvanlı sosial yardımın məbləği artıb
    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
     9.08.2022
    İstanbul Zeynəbiyyədə Aşura mərasimi - FOTO
    Tədbir küçə yürüşləri ilə başlayıb, Yəhya Kamal Bayatlı Konfrans və Mərasim salonunda davam edib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ