EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.12.2017 15:47:47

Vaşinqton Post qəzeti dünyanın ən bahalı evinin Səud vəliəhdi Məhəmməd Bin Salmanın olduğunu yazıb

İslamazeri.com xəbər verir ki, Vaşinqton Post qəzeti dünyanın ən bahalı evinin Səud vəliəhdi Məhəmməd Bin Salmanın olduğunu iddia edən xəbər yayıb. Məlumata görə, Şahzadə Fransada olan dünyanın ən bahalı evi 300 milyon dollarlıq "14-cü Luis Şato"ya sahibdir.

Qəzetə görə, Paris yaxınlığında inşa edilmiş ev 2015-ci ildə satın alınıb. Vəhhabi krallığın şahzadəsinin bundan başqa 450 milyon dollara İtaliyalı rəssam və alim Leonardo Da Vinçinin imzası ilə "Salvador Mundi" adlı rəsm əsərini almış, 500 milyon dollara da gəmi sifariş etdiyi də məlum olub.

Qeyd edək ki, o dönəmdə bu "alış-veriş" haqqında məlumatlar yayılsada, dünyanın hər bir tərəfində acların olduğu bir zamanda bu qədər pulu xərcləyən şəxsin Səud şahzadəsi olduğu bildirilməmişdi.

Şato 2009-cu ildə inşa edilib ki, 5 min kvadratlıq evdə  3 min içkilik şərab saxlanğacı, kinoteatrı, açıq və qapalı havuzu, gecə klubu, kitabxana, akvarium otağı və 10 ədəd yataq otağı var. 


Dünyanın ən bahalı evi Səud vəliəhdi Məhəmməd Bin Salmanın imiş... FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərbəin zəvvarları üçün İran və İraqda Azərbaycan şəhidlərinin adına xeymələr quruldu - FOTO
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Facebook istifadəçiləri İran və İraqda Azərbaycan şəhidlərinin adına İran və İraqda xeymələrin qurulmasıyla bağlı məlumatlar dərc edirlər. Qeyd edilir ki, bu xeymələrdə zəvvarlar üçün müxtəlif xidmətlər göstərilir...
     21.10.2018
    İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ