Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.12.2021 12:01:51

"Azərbaycan xalqı, dövləti çox möhtəşəm dövrü yaşayır. Biz bunun üçün bu günü bizə yaşadan igid oğullarımıza minnətdarıq", - deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.

"Azərbaycan böyük qələbə qazandı".

İslamazeri.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.

"Ali Baş Komandanın rəhbərliyi ilə igid oğullarımız mümkünsüzü etdilər. Tarixi bir zəfər qazanıldı. Azərbaycan xalqı, dövləti çox möhtəşəm dövrü yaşayır. Biz bunun üçün bu günü bizə yaşadan igid oğullarımıza minnətdarıq. Dünyada bir sıra müharibələr olub. Onların nəticəsində yaranan dağıntıları görmüşük. Lakin Qarabağda vəziyyət tamamilə fərqlidir. Qarabağda dağıntının miqyası, etnik təmizləmə məsələsini qeyd etməliyəm. Bir şəhərin tamamilə yerdən silinməsi dünyada çox nadir hallarda baş verir. Yaponiyaya atom bombası atıldığı zaman şəhər tamamilə dağılmışdı. Əhalinin tam olaraq məcburi köçkün vəziyyətinə düşməsi kimi hallar da dünyada görünməyib. Qarabağda etnik təmizləmə, şəhərlərin məhvi həyata keçirilib, bu vandalizm əlamətidir, sistemli şəkildə həyata keçirilmiş vandalizm aktlarının nəticəsidir", - o qeyd edib.


Emin Hüseynov: "Azərbaycan xalqı çox möhtəşəm dövrü yaşayır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tədrisi digər dillərdə olan şagirdlərin nəzərinə:
    “Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi".
     25.01.2022
    Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
     25.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ