Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.10.2020 13:48:15

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan ordusunun Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı yeni məlumat yayıb.

Yeni: Bərdədə raket zərbəsindən ölənlərin sayı 19-a çatıb.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

 

 

Baş Prokurorluğun mətbuat xidmətindənb bildiriblər ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 14 mülki şəxs həlak olub, 40-dan çox şəxs xəsarət alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.


Ermənilərdən yeni terror: Bərdədə mülki vətəndaşlar kaset bombaları ilə hədəfə alındı: Çox sayda şəhid var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məlumat
     16.10.2021
    Bu gün İmamətin 11-ci günəşinin şəhadətə çatdığı gündür
    Rəbbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin (ə) şəhadəti günüdür.
     15.10.2021
    Düşmən artilleriyalarının məhv edilməsnin yeni görüntüləri - VİDEO
    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.
     26.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ