Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.01.2022 11:37:33

Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefaya verdiyini bəyan edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Armen Sarkisyan verdiyi yazılı açıqlamada ölkəsində müxtəlif siyasi problemlərin olduğunu və onlarla mübarizə aparmaq üçün lazımi alətlərə malik olmadığını bildirib.

Prezident kimi daxili və xarici problemləri həll etmək üçün konstitusiya səlahiyyətinə malik olmadığını deyən Sarkisyan bəzi siyasi qrupların onu və ailəsini də hədəf aldığını qeyd edib.

Səhhətinin də qeyd olunan səbəblərdən mənfi təsirləndiyini vurğulayan Sarkisyan “Uzun müddət düşündüm və dörd ildən sonra prezidentlikdən istefa vermək qərarına gəldim. Bu qərar emosional deyil, müəyyən məntiq çərçivəsində verilib” ifadəsini işlədib.

Qeyd edək ki, 2018-ci ildə prezident seçilən Sarkisyanın səlahiyyət müddəti 2025-ci ildə başa çatırdı.


Ermənistan prezidenti vəzifəsindən istefa verib - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
     24.05.2022
    Polis Bakıda əməliyyat keçirib, saxlanılanlar var
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ