Fələstin Müqaviməti: İranın mövqeyi dəyişməzdir

Fələstin Müqaviməti: İranın mövqeyi dəyişməzdir
Yayınlanma tarixi: 8/14/2026 4:34:44 PM

Fələstin Müqaviməti: İranın mövqeyi dəyişməzdir.

Fələstin Müqavimət Komitələri İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayinin bölgədəki müharibələrin sona çatdırılmasının zəruriliyi ilə bağlı açıqlamalarını alqışlayaraq, bu mövqenin İranın Fələstin və Livan xalqlarına davamlı dəstəyini və sionist rejimin hücumlarının dayandırılmasının zəruriliyi ilə bağlı yanaşmasını ortaya qoyduğunu bildiriblər.

İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, Fələstin Müqavimət Komitələri yaydıqları bəyanatda İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayinin Livan və Qəzza zolağındakı müharibələr də daxil olmaqla, bölgədəki müharibələrin sona çatdırılmasının zəruriliyi ilə bağlı açıqlamalarını alqışlayıb və bunu İran rəhbərliyinin zülmə məruz qalan və məzlum xalqları dəstəkləmək istiqamətində dəyişməz yanaşmasının göstəricisi kimi qiymətləndirib.

Komitələr Rzayinin bölgədəki, xüsusilə də Fələstin və Livan xalqlarına qarşı müharibənin sona çatdırılmasını dəstəkləyən mövqeyinin bölgə xalqlarının maraqları, eləcə də onların gələcəyi, təhlükəsizliyi və sabitliyi ilə üst-üstə düşdüyünü vurğulayıb.

Bəyanatda Qəzza və Livanda sionist rejimin müharibə, hücum və cinayətlərinə son qoyulmasının bölgə xalqları baxımından zərurət olduğu bildirilib. Müharibənin davam etməsinin yalnız sionist rejimin bölgənin sabitliyini pozmaq, xalqların imkanlarını tükəndirmək və region ölkələrini qarşıdurma və müharibə dövrəsinə sürükləmək planlarına xidmət edəcəyi qeyd olunub.

Bu bəyanat İran Milli Təhlükəsizlik Ali Şurasının katibinin daha əvvəl Tehranda Çinin səfiri ilə görüşündə aşağıdakı fikirləri səsləndirməsindən sonra yayımlanıb:

“ABŞ davranışını dəyişmədiyi və İranın şərtlərini qəbul etmədiyi müddətcə Hörmüz boğazı açılmayacaq; ABŞ müharibəyə son qoymalı, İranın bloklanmış vəsaitlərini ödəməli, Livan və Qəzza da daxil olmaqla bütün bölgədə müharibə başa çatmalı, həmçinin vasitəçilər vasitəsilə onlara çatdırılan digər şərtlər də yerinə yetirilməlidir.”

GÜNÜN MANŞETLERİ