Quran müsabiqəsinin müsəlman gənclər arasında Qurani-Kərimin qiraəti və hifzinə dəstək olmaq məqsədilə keçirildiyi bildirilib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi Qurani-Kərimin hafizi İsra Muhəmməd İssam Muflih Salahın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Qurani-Kərimin hifzi üzrə beynəlxalq müsabiqədə ikinci yerə layiq görüldüyünü bildirib.
Tatarıstan rəsmiləri bildiriblər ki, yarış Tatarıstanda müsəlman gənclər arasında Qurani-Kərimin qiraəti və hifzinə dəstək olmaq, insanları Uca Allahın kitabının hafizləri ilə tanış etmək, onları həvəsləndirmək və dəstəkləmək məqsədi ilə keçirilib.
Fələstinli qız beynəlxalq Quran yarışmasında ikinci yerə layiq görülüb