1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:03.08.2019 13:00:19

Avqustun 2-də Gürcüstan Ali Məhkəməsi tanınmış cərrah Fərman Ceyranlının azadlıqdan məhrumetmə cəzasının azaldılması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib

Avqustun 2-də Gürcüstan Ali Məhkəməsi tanınmış cərrah Fərman Ceyranlının azadlıqdan məhrumetmə cəzasının azaldılması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bu barədə Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb.

Onu sözlərinə görə, Ali Məhkəmə bu "rüsvayçı" qərarı öz təşəbbüsü ilə, yəni Gürcüstan prokurorluğunun müraciəti olmadan qəbul edib.

Qeyd edək ki, 2018-ci ilin fevralında F.Ceyranlı 6 il azadlıqdan məhrum edilib, ancaq həmin ilin dekabrında Gürcüstan Apellyasiya Məhkəməsi bu müddəti 2 il 3 ayadək azaldıb və 2019-cu ilin avqustunda o, azadlığa çıxmalı idi.

Gürcüstan Ali Məhkəməsinin qərarı nə ilə əlaqədardır və hansı əsaslarla Apellyasiya Məhkəməsinin qərarını ləğv etməsi məlum deyil.

Qeyd edək ki, F.Ceyranlı vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması üçün müraciət edib. Bunun əvəzinə yeni həbs müddəti alıb.

Xatırladaq ki, 2018-ci ildə Gürcüstan məhkəməsi onu Gürcüstan CM-in 180 və 247-ci maddələri (dələduzluq, insan həyatı və sağlamlığına təhlükə yaradan informasiyanın gizlədilməsi) ilə təqsirli bilib. Söhbət F.Ceyranlının rəhbəri olduğu "Lanset" klinikasında xəstənin ölümündən gedir.

F.Ceyranlı məhkəmədə bildirib ki, siyasi sifariş ilə həbs olunub. Hökümətyönlü mətbuatda F.Ceyranlı Azərbaycan müxalifətinin qanunsuz maliyyələşdirilməsində ittiham edilib və məhz bu, onun təqib olunmasına səbəb olub, cərrahın yaxınları belə hesab edirlər.


Fərman Ceyranlı 6 il həbsdə oturacaq - Gürcüstan Ali Məhkəməsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ