1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.01.2021 14:47:53

13 ölkədən olan vəkillər, QHT və dini təşkilatlar qrupu BMT-nin İnsan Hüquqları Şurasına (OHCHR) formal şikayətlə müraciət edərək, Fransada “müsəlmanların dövlət səviyyəsində sıxışdırılmasına” reaksiya verilməsini tələb edib.

İslamazeri.com “Aljazeera”ya istinadla xəbər verir ki, “Paris tərəfindən ratifikasiya olunmuş qanunlarla qorunmalı olan insan hüquqlarının çoxsaylı pozuntuları” ilə bağlı sübutlar BMT-yə təqdim olunub.

Şikayətdə bildirilir ki, Fransa hökuməti hələ 1989-cu ildən başlayaraq “müsəlmanların diskriminasiyası və struktur islamofobiya” siyasətini yürütməyə başlayıb.

Sübut kimi müsəlman evlərinə və təşkilatlarına edilən qeyri-qanuni və zorakı reydlər, prezident Makronun “İslam separatizmi” ilə mübarizə planı, 2004-cü ildə məktəblərdə hicab qadağası, 2010-cu ildə ictimai yerlərdə niqab qadağası və digər faktlar göstərilib.

Sənədin müəllifləri Fransanın insan haqlarına dair beynəlxalq qanunlara riayət edəcəyi barədə zəmanətlərini əsas gətirərək, rəsmi Parisə qarşı tədbir görülməsini tələb ediblər.


Fransadakı İslama qarşı insan haqları pozuntuları BMT-yə şikayət olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ