1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.04.2020 22:03:02

Fövqəladə hal dövründə, 17 apreldən etibarən, 10 gün müddətində şəhərlərdəki qəbristanlıqlarda qadağalar tətbiq ediləcək.

İslamazeri.com  xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi, İrakli Çikovani keçirdiyi brifinqdə bildirib.

Çikovani qeyd edib ki, Gürcüstan hökuməti və kilsə ortaq qərar qəbul ediblər və Pasxa bayramı ərəfəsində kilsələr bağlanmayacaq.

"Birlikdə aldığımız qərar əsasında, Səhiyyə Nazirliyi və Xəstəliklərə Milli Nəzarət Xidməti tərəfindən təyin edilmiş qaydalar əsasında kilsədə bütün təhlükəsizlik normaları qorunacaq. Böyük kilsələrdə minimum 2 metrlik sosial distansiya qorunmalıdır. Kiçik kilsələrdə isə sadəcə dini nümayəndələr və kilsə işçiləri olacaqlar. Hər bir kilsənin yaxınlığında komendant saatının nəzərdə tuttuğu qaydaları və sosial distansiyanı qorumaq üçün polis dəstələri olacaq", - deyə Çikovani bildirib.

Xatırladaq ki, neçə müddətdir Gürcüstan höküməti Patriarxiyaya təzyiq edərək pasxa bayramında kilsələrin bağlanmasına nail olmaq istəsə də, sonda Kilsə bunu rədd edərək kilsələrin bağlanmayacağını və insanların bayram üçün gələcəklərini mesaj vermişdi. Bundan sonra müsəlman icmalar hökümətin ikili standartlarla addım atdığını və Ramazan ayında məscidlərin bağlı qaldıqlarından narahatlıqlarını dilə gətirmişdilər.

Məsələ ilə bağlı 24News.ge-yə münasibət bildirən "Vahid Milli Hərakat" partiyasının deputatı Azər Süleymanov deyib: "İlk öncə mən ölkəmizdə bütün provaslav vətəndaşlarmızı Pasxa bayramı münasibəti ilə həm öz adımdan həm ölkə müsəlmanları adından təbrik edirəm. Biz bu ölkədə tarix boyu birgə yaşayıb ölkənin birgə müstəqiliyi və inkişafı üçün can atmışıq. Vətənimizin torpaqlarının bütöv olması üçün çiyin-çiyinə mübarizə aparmışıq. Gürcüstan bizim hamımızın evidir lakin ötən gün baş nazirin çıxışı heçdə ürək açan olmadı. Ksenofobik çıxışlar ölkənin baş nazirinə yaraşmır. Biz ətrafda eşidirik ki, vətəndaşlarımız hazırki prosesdə hökumətin dini ayrı seçkiliyindən ciddi narazılıqlar edirlər. Bizim üçün kilsədə məsciddə Allah evidir və heç vaxt onların bağlanmasını istəmərik. Lakin məsələ bundadır ki, qanun ölkə vətəndaşları üçün hərkəsə eynidir necə ola bilər ki, məscidlər bağlanır kilsələr isə açıq saxlanılır. Bu təbi ki, ölkə vətəndaşları arasında ciddi narazılıqlara səbəb olacaq. Mən və bizim partiya rəhbərliyi ölkənin belə bir vəziyyətində çalışdığımız qədər siyasi bəyanatlardan uzaq dururuq lakin bu o demek deyilki biz bütün yanlışlıqlara göz yumacağıq. Xeyir bu belə ola bilməz gərək hökumətin ciddi nöqsanlarını biz tənqid edək ki, onlar bundan nəticə çıxarsınlar".


Gürcü höküməti Patriarxiyaya güc gələ bilmədi: Koronavirusa görə kilsələr bağlanmayacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei
    "Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "
     04.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ