1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.07.2019 10:19:31

Kreml gürcü TV aparıcının Rusiya prezidenti Vladimir Putini efirdə söyməsini pisləyib.

Kreml gürcü TV aparıcının Rusiya prezidenti Vladimir Putini efirdə söyməsini pisləyib.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib: "Biz bu təhqirləri tamamilə qəbuledilməz sayırıq".

Rustavi-2 Gürcüstanın əsas kommersiya kanalıdır.

Aparıcı Giorgi Gabuniya bazar günü verilişində Putin haqqında rus dilində təhqiredici ifadələr işlədib. Rustavi-2 onun qəzəbli çıxışına görə üzr istəyib.

Gürcüstan və Rusiya arasında münasibətlər son aylarda yenidən gərginləşib. Rusiya Gürcüstana birbaşa uçuşları qadağan edib. 

Putinə ünvanladığı söyüşdən sonra, Gabuniya rusları qul adlandırıb və onları Gürcüstandan "rədd olub getməyə" çağırıb.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Gabuniyanın emosional davranışını pisləyb və deyib ki, bu, "provokatorların öz ölkəsinə qarşı müharibəsidir, dövlət və vətəndaşlara qarşı çirkin və ürəkbulandırıcı oyundur".

Ötən ay Tbilisidə etirazçılar parlamentə hücum etmişdilər. Səbəb rusiyalı millət vəkilinin spikerin yerində oturaraq çıxış etməsi idi.

Rus millət vəkili Sergey Qavrilov tələsik Gürcüstanı tərk etmişdi. Bundan sonra isə toqquşma başlamış və 240 adam zədələnmişdi.


Gürcü teleaparıcının Putini efirdə söyməsinə Rusiyadan münasibət

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vandallar Qüdsdə məscidi yandırıblar - FOTO
    Radikal yəhudilərin məscid və evlərə ilk hücumu deyil
     25.01.2020
    Pentaqonun etirafı; İran hücumunda yaralıların sayı 34 olub
    Jonathan Hoffman yaralı hərbçilərin müalicə almalarının davam etdiyini deyib
     25.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ