1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.01.2021 14:54:49

Bu ilin fevralından Gürcüstan hökumətinin müntəzəm aviauçuşlara tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırması gözlənilir.

İslamazeri.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, belə bir bəyanatla ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava çıxış edib.

Pandemiya ilə əlaqədar Gürcüstan kiçik istisnalar olmaqla əcnəbilər üçün bütün sərhədlərini bağlayıb və bütün istiqamətlərdə aviauçuşları saxlayıb. Gürcüstan hökuməti bir neçə dəfə müntəzəm hava reyslərinin bərpa olunacağı tarixi açıqlasa da, hər dəfə bu hadisə təxirə salınıb. Hazırki qadağa cari ayın sonuna qədər qüvvədədir.

“İmedi” telekanalının efirinə çıxan Turnava deyib ki, “qadağanın aradan qaldırılması heç də ölkəyə tənzimlənməyən və xaotik sərnişin axını anlamına gəlmir. Ölkəyə giriş üçün testlər aparılacaq, vaksinasiya haqqında və digər müvafiq sənədlər tələb olunacaq”.

Qeyd edək ki, müntəzəm hava əlaqələrinə tətbiq edilən məhdudiyyətlər Tbilisi Beynəlxalq hava limanını Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milanla bağlayan birbaşa reyslərə aid deyil.

 

 
 

 


Gürcüstan bütün təyyarə reyslərini bərpa etmək istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ