1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.04.2020 13:35:39

Ölkədə koronavirusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində avtomobillərin hərəkəti tam qadağan olunur.

İslamazeri.com 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani xüsusi brifinqdə bildirib.

Onu sözlərinə görə, qadağa aprelin 17-dən saat 12:00-dan etibarən aprelin 21-dək qüvvədə olacaq.

Hökumət rəsmisi qeyd edib ki, bu məhdudiyyətlər yük daşımaları və distribütor maşınlarına aid edilməyəcək.

"Qadağa yük daşımalara və distribütor maşınlarına aid edilmir. Altından xətt çəkərək qeyd edirəm ki, mağazalar, əczaxanalar və başqa obyektlər, hansılar ki, bu günədək işləyirdilər, adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər. Qeyd edim ki, ümumi cəmdə, bu günün məlumatlarına görə, 348 yoluxma halı var və ölkədə aktiv şəkildə virusun daxili yayılma mərhələsi başlayıb. Qarşıdakı 2-3 həftə ərzində yoluxma hallarında önəmli artım gözlənilir. Hökumət Covid-19-un yayılmasınının qarşısını almaq üçün vaxtında ölçülər götürür", - deyə İrakli Çikovani bildirib.


Gürcüstanda avtomobillərin hərəkəti tam qadağan edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei
    "Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "
     04.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ