Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:15.06.2022 19:28:01

Xəstəlik bir nəfər Avropadan qayıtdıqdan sonra müəyyən edilib.

İslamazeri.com-un verdiyi xəbərə görə, Gürcüstanda meymunçiçəyinə ilk yoluxma faktı laboratoriyada təsdiqlənib. Bu barədə Sputnik Gürcüstan ölkənin Birinci Kanalına istinadən xəbər yayıb.

“Xəstədə virusun yüngül forması var idi və müvafiq müalicədən sonra o, tezliklə tibb müəssisəsindən evə buraxılıb”, - deyə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Xəstəlik bir nəfər Avropadan qayıtdıqdan sonra müəyyən edilib. Mütəxəssislər xəstənin təmasda olduğu hər kəsə nəzarət edirlər, lakin heç bir halda klinik əlamətlər aşkar edilməyib.

ÜST-nin məlumatına görə, indiyədək 39 ölkədə 1600-dən çox təsdiqlənmiş meymun çiçəyi və 1500-ə yaxın şübhəli hal qeydə alınıb.


Gürcüstanda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlcəzairin xarici işlər naziri sabah Azərbaycana gəlir
    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
     9.08.2022
    Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ