EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:02.10.2019 14:52:07

Müsəlman taksi sürücüsü qadınları cinsi köləlikdən xilas edib.

İslamazeri.com-un “Daily Mail”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniya polisi laqeyd olmayan müsəlman taksi sürücüsünün sayəsində bir neçə qadını cinsi köləlikdən xilas edib. Həmin qadınlardan biri isə hamilə olub.

Tahir Mahmud adlı taksi sürücüsü deyir ki, 26 yaşlı Robert Enesku taksini sifariş verərək hamilə qadının göstərilən ünvana çatdırılmasının istəyib. Sonradan məlum olub ki, çatdırılma ünvanında əxlaqsızlıq yuvası yerləşir.

Yolda sərnişin qadın ağlamağa başlayıb. Mahmud özgə insanın dərinə laqeyd qalmayıb. O, avtomobilini saxlayaraq, qadından göz yaşlarının səbəbini soruşub.

Qadın etiraf edib ki, cəmi bir neçə gün öncə masaj salonunda işləmək üçün Rumıniyadan gəlib. Lakin onun tanışı olan Robert onu aldadaraq fahişəliyə cəlb edib.

Bunları danışdıqdan sonra həmin qadın taksi sürücüsündən ona vətəninə geri dönməsi üçün kömək etməsini yalvarıb. Mahmud dərhal polisə müraciət edib; əcnəbi qadın polis şöbəsinə aparılaraq mühafizə ilə təmin edilib.

Tezliklə polis həmin əxlaqsızlıq yuvasında reyd keçirib. Yoxlama zamanı daha bir neçə qadının cinsi köləlikdə olduğu məlum olub.

Polis qəhrəmanlığına görə müsəlman sürücüyə öz təşəkkürünü bildirib.

Lakin təəssüf ki, Robert qaçmağı bacarıb; onun barəsində qiyabi şəkildə 9 illik həbs qərarı çıxarılıb.


Hamı bu müsəlmandan danışır: Çoxlu qadını pozğunluqdan xilas etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ