EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:18.10.2019 13:26:40

İslamazeri.com-un "Din" rubrikasından...

Quran ümumbəşəri kitab olduğu üçün hər zaman və dünyanın hər yerində keçərlidir.Heç bir cəmiyyət və millət ondan ehtiyacsız deyildir. Hər insan ona möhtacdır. Heç bir cəmiyyət, millət və insan mənim Qurana ehtiyacım yoxdur deyə bilməz. Buna görə, təfsir alimləri Quranı hər zamanda o zamanın insanlarının ehtiyaclarına görə yeni təfsirini edərlər. Yəni hər əsrdə yeni bir təfsir edilməkdədir. Zamanın getməsi, insanları təkamülə çatması, elmi, qəli, fəlsəfi inkişaflar çərçivəsində daha geniş təfsir və şərhlər edilməkdədir ki, insanların həyatlarına istiqamət verə bilsin.

Əhlibeyt də Quran kimi bir zamana və məkanda məhdud deyildir, ümumbəşəridir, dolayısı ilə hər zamanın insanlarının səviyyələrinə görə təfsir edilməlidir. Yeni təfsirlər, yeni analizlər, yeni şərhlər təqdim olunmalıdır. Əks təqdirdə Əhlibeytin təfsiri, Quranın təfsirindən ayrılmış olacaqdır.

Səqəleyn hədisi bu həqiqəti bizə başa salır; madam ki, Qiyamətə qədər bu əmanətlər ayrılmayacaqlar, ona görə də, eyni özəlliklərə sahib olmaları lazımdır

Bəziləri Quranı alıb, Əhlibyti tərk edərək Əhlibeytə zülm etmişlər, bəziləri Əhlibeyti seçib Quranı tərk edərək Qurana zülm etmişlər, bəziləri isə Quran və Əhlibeyti nataraz, tərs-mütənasib təfsir edərək bir olmalarına zərər vermiş və lazım olan faydayı əldə edə bilməmişlər.

İmam Hüseyn (ə), Kərbəla, Aşura, Məhərrəm/Səfər də hər əsrdə olduğu kimi əsrimizdə yeni təfsir və şərhi edilməlidir.

Hər il İmam Hüseyn (ə) və Kərbəladakı Aşura qiyamı bir öncəki ilə görə daha kamil bəyan edilməlidir. Hər il yeni təfsir və şərhlər bəyan edilməyən cəmiyyətlər inkişaf edə bilməz, təkamülə çatmazlar.

Hər il eyni şeyləri təkrarlamaq İmam Hüseyni (ə) tanımaq və ya anlamaq üçün yetərli deyildir, sadəcə yad etməkdir.

Yeni təfsir və şərh demək - keçmişdəkilərin səhv olduğunu demək deyildir. Yeni təfsirdən məqsəd budur; dünya surətli şəkildə dəyişir, insanın həyatına təsir edən, yön verən və dəyişdirən elm, mədəniyyət bəşəri ideologiyanın nəzarətində bütün cəmiyyətlərə təsir edir və qoloballaşdırır.

Buna görə, İmam Hüseynin (ə) Kərbəla və Aşurası insanların həyatına təsir etməsi, yönverməsi və â€Hayati Tayyibe“yi təqdim etməsi üçün zamana görə təfsir edilməsi lazımdır.

Şeyx Səbahətdin Türkyılmaz, Berlinin İmam Rza məscidinin imamı


Hər il yeni təfsir və şərhlər bəyan edilməyən cəmiyyətlər inkişaf edə bilməz

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ