EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:04.09.2019 11:14:09

Əhmədinejad Türkiyə mediasına müsahibə verib

İslamazeri.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, İranın nüvə proqramı ilə bağlı saziş danışıqlar prosesinin yalnız bir tərəfini məcbur edən xarakterli bir sənədə çevrilib. 2015-ci ildə əldə edilmiş bu razılığı heç bir tərəf üçün böyük uğur hesab etmək olmaz.

Bu sözləri 2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejad "Anadolu Agentliyi"nə müsahibəsində deyib.

Onun fikrincə, nüvə sazişi üzrə dialoqun çərçivələri əvvəlcədən yanlış olub ki, bu da “pis nəticələrə səbəb olub”.

“Bir tərəfin maraqları daxilində bağlanılmış saziş uzunvədəli perspektivdə iflasa məhkumdur. Şəxsən mən belə bir sənədi imzalamaqdan qəti olaraq imtina edərdim”, - deyə o qeyd edib.

O bildirib ki, ABŞ-ın sanksiyaları İran hökumətinə qarşı deyil, ümumilikdə İran xalqına qarşıdır.

“Mən ABŞ tərəfini İrana qarşı birtərəfli təzyiq və sanksiya kursundan imtina etməyə səsləyirəm. ABŞ ədalətli dialoq kursuni təqib etməlidir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ağ Ev İranı nüvə silahı hazırlamaq imkanına görə tənqid etdiyi halda, ABŞ-ın arsenalında 5600 nüvə başlığı var.

“ABŞ İrandan atom bombası yaratmaq planının olmadığını sübut etməyi tələb edir. Olmayan bir şeyi necə sübut etmək olar? ABŞ nüvə silahından istifadə etmiş yeganə ölkədir. Üstəlik, Ağ Ev İran arsenalındakı atom bombasından qorxmur. Amerikalılar bunu açıq şəkildə etiraf etməlidirlər”, - deyə o bildirib.

O, həmçinin Fars körfəzi ölkələrini də ayıq-sayıqlığa səsləyib.

“Regiondakı münaqişə onun hüdudları ilə məhdudlanmayacaq, qlobal xarakter alacaq”, - deyə o qeyd edib.


Əhmədinejad illər sonra danışdı: Şəxsən mən, bunu etməzdim!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və müavini rüşvət ittihamı ilə saxlanıldılar - RƏSMİ
    Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib
     20.02.2020
    İranda  iki şəhərdə 5 nəfərin koronavirusa yoluxması təsdiqləndi
    İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.
     20.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ