Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.01.2022 12:28:05

bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli bildirib.

"Bir daha bəyan edirik ki, "hörümçək" sözünün lüğətdə getməməsi texniki xətadır, bu, nəşriyyat qüsurudur. Lüğətin nəşriyyata təqdim etdiyimiz siqnal variantında "hörümçək" sözü olub".

İslamazeri.com xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğəti ilə müqayisədə təkmilləşdirilmiş formadadır:

"Bu sözü əlində bayraq tutub Dilçilik İnstitutunun üzərinə hücum etmək tam əsassızdır. İnstitut ətrafında ajiotaj yaratmaq və bu cür hücumlar təşkil etmək yolverilməzdir. Bizim institutda kifayət qədər nüfuzlu alimlər çalışır. Dilçilik İnstitutu dövlətimizin mənafeyini güdür və bütün dövlət proqramlarını keyfiyyətlə icra edir. Dillə bağlı imzalanan bütün qayda-qanunlara riayət edir, bütün tapşırıqları yerinə yetirir".

B.Məhərrəmli bildirib ki, lüğətdə "spayder" sözü heç də "hörümçək" sözünün qarşılığı kimi təqdim olunmayıb: "O söz texniki termin kimi verilib. "Hörümçək" sözünün derevasiyaları həmin lüğətdə verilibsə, bu, o deməkdir ki, orada "hörümçək" sözü də olub. Sadəcə olaraq, texniki qüsur kimi lüğətdə təsadüfən dərc olunmayıb".

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.


""Hörümçək" sözünün lüğətdə getməməsi texniki xətadır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu gün I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
    4 iyul saat 09:10-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 20506, IV ixtisas qrupu üzrə isə 3959 abituriyent ərizəsini təsdiq edib.
     4.07.2022
    Azərbaycanın xarici işlər naziri İrana rəsmi səfər edib
    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
     4.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ