EURO 1,9126 TRY 0,2916
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.03.2019 11:49:20

Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstərilir.

Prezidenti İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb. Bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.

Martın 7-də isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. L.Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.

Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstərilir.

Səfir D.Şikarovun adı biabırçı oğurluq qalmaqalına qarışıb. Məlum olub ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. Söhbət 10 banka kürüdən gedir. Habelə səfirlikdə 500 min dollara yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb və hazırda bununla bağlı araşdırma aparılır.

Daşqın Şikarov 2016-cı ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərində səfir olub. Ondan əvvəl isə Azərbaycanın Pakistandakı səfiri vəzifəsini tutub.


İlham Əliyev hökmdarın 10 banka kürüsünü oğurlayan səfiri geri çağırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyanın elit təbəqəsi May bayramlarını Bakı və Balidə qeyd edəcək
    May bayramlarında gedəcəyi ən məşhur beş istiqamət arasında Bali, Köln və Münhen, Maldiv adaları ilə yanaşı Bakı şəhərinin də adı var.
     23.04.2019
    Bərdə sakini Bakıda 3 nəfərin 160 min manatını mənimsəyib
    Bərdə sakini Bakıda 3 nəfərin külli miqdarda pulunu mənimsəyib.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ