EURO 1,9349 NEFT 71,42
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.06.2018 16:00:39

İngilis qəzeti cinsi istismar qalmaqalını ortaya çıxarıb.

İslamazeri.com xəbər verir ki, "Sunday Times" qəzeti, bir ingilis QHT-nin yardıma möhtac suriyalı dul qadınlara çılpaq fotoşəkil çəkdirmələri qarşılığında yardım payladığını iddia edib.

Xəbərə görə: "Bəzi suriyalı dul qadınlar humanitar yardım könüllülərinə çılpaq şəkillərini vermək məcburiyyətində qalıblar. Məlumata görə, İngiltərə mərkəzli QHT qurumu tərəfindən bağışlanan geyim yardımı zamanı bir sıra QHT əməkdaşları tərəfindən qadınlara "əxlaqsız təklif" edilib.

Qadınlara yeyinti ərzaqları və geyim yardımından istifadə etməsi qarşılığında çılpaq fotoşəkillərini göndərmələri tələb olunub.

Hələbin qərb hissəsində baş verən hadisədə təklifi qəbul edən qadınların olduğu, ancaq əksər qadınların bu istəyi qəbul etməmələri səbəbilə yardımlardan məhrum qaldıqları qeyd olunub.

BBC Ərəbcə xidmətinin də yer verdiyi xəbərdə, fotoları istənilən qadınları yola gətirmək üçün "Sənin üçün ancaq iki nəfərin daşıya biləcəyi böyüklükdə 3 böyük yardım qutumuz var" kimi cümlələr deyildiyi bildirilib.

Xəbərdə qalmaqalda ingilis QHT-nin təşkilati bir aidiyyatı olmadığı da bildirilib.

Digər tərəfdən, keçən İlin dekabr ayında "əl-Ahbab" tərəfindən internetdə yayımlanan fotoşəkillərdə, dərnək üzvü iki nəfərin, öz dərnək loqoları olan fotoşəkil paylaşdığı ifadə edilib.

İddiaya görə QHT-nin yardım paketləri bəzi "əl-Ahbab" üzvləri tərəfindən cinsi istismar üçün istifadə edilib.

İngilis QHT-dən edilən açıqlamada isə dərnəyin Suriyada öz paylama şəbəkəsinə sahib olduğu və öz adından hərəkət etmək üçün yerli təşkilatlara güvənmədiyi açıqlanıb:

"Dərc olunan fotoşəkillərdə "əl-Ahbab" Dərnəyi üzvlərindən biri, humanitar yardım avtomobillərimizin yaxınlığında şəklini təbliğat məqsədilə dərc etdi, bu, aramızdakı bir əlaqənin sübutu anlamına gəlmir, ya da "əl-Ahbab"ın bu xüsusi vəziyyətdəki yardımlarımızın bölüşdürülməsində iştirak etdiyi mənasına gəlməz"- deyilib.


İngilislər suriyalı dul qadınlara humanitar yardım qarşılığında əxlaqsız təkliflər edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Türkiyə niyə bu yaxınlarda Suriyanın şimalından çəkiləcək?”
    Livanın "Əl-Əhd" xəbər saytı Suriyada hərbi sahədəki irəliləyişlər və beynəlxalq diplomatik hesabların Türkiyəni Suriyanın şimalından dərhal çəkilməyə məcbur edəcəyini yazıb.
     16.08.2018
    Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ