EURO 1,9947 NEFT 73,69
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.11.2017 17:30:32

Əli Əkbər Salehi nüvə müqaviləsi pozulduğu təqdirdə, müqaviləni pozanları təəccübləndirəcəklərini bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi Tehran nüvə araşdırma reaktorunun fəaliyyətə başlamasının 50-ci il yubileyindəki çıxışında nüvə razılaşmasına toxunaraq, qarşı tərəfin bu müqaviləni pozmaq ehtimalını gözlədiklərini bildirib.

Salehi bu səbəbdən İranın dondurduğu nüvə fəaliyyətlərinə yenidən başlamaq üçün bəzi tədbirlər aldığını, İranın heç vaxt müzakirələrə sadəlövhlüklə qoşulmadığını qeyd edib.

Nüvə müqaviləsinin həm İran və həm də beynəlxalq aləm üçün faydalı olduğunu qeyd edən Salehi, bu müqavilənin pozulduğu təqdirdə heç bir konvensiyanın lazımi möhkəmliyə malik olmayacağının başa düşüləcəyini, bunun baş verməməsini ümid etdiyini, lakin belə olsa və müqavilə pozularsa, İranın müqaviləni pozanları heyrətə salacaq bir reaksiya verəcəyini vurğulayıb.


İran Atom Enerjisi Qurumunun sədri: Nüvə müqaviləsi pozulsa, pozanları təəccübləndirərik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lerikdə 2 tona yaxın xaşxaş kolu məhv edilib
    Dövlət Sərhəd Xidməti (DSX) tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata ke­çiril­miş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolları­n yabanı halda bit­diyi sahə aşkar olunub.
     23.07.2018
    Tramp Rusiya barədə dediyi sözünü geri götürdü
    "Bu sadəcə böyük bir uydurmadır"
     23.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ