İran Bəhreydəki ABŞ ordusunun anbarlarını, binalarını, peyk mərkəzini vurdu

İran Bəhreydəki ABŞ ordusunun anbarlarını, binalarını, peyk mərkəzini vurdu
Yayınlanma tarixi: 7/14/2026 10:19:25 AM

Açıqlamada sözügedən hədəflərin vurulduğu qeyd olunub və cavab əməliyyatlarının davam edəcəyi vurğulanıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) "Nəsr 2 əməliyyatı"nın ikinci dalğasında Bəhreyndəki Əl-Cufeyr bazasında yerləşən ABŞ qüvvələrinə məxsus silah təminatı anbarlarının, peyk rabitə mərkəzinin və şəxsi heyətin qaldığı binaların raketlər və PUA-larla hədəf alındığını bəyan edib.

İran İnqilab Keşikçiləri Ordusunun "Nəsr 2 əməliyyatı" ilə bağlı yaydığı bəyanatda Bəhreyndəki ABŞ hərbi hədəflərinin ikinci dalğa hücumları zamanı vurulduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, ABŞ Hörmüz boğazında baş verən hadisələrdən sonra İranın cənubundakı sahil stansiyalarına və bəzi hərbi mərkəzlərə hava zərbələri endirib.

İnqilab Keşikçiləri Ordusu buna cavab olaraq, hərbi dəniz qüvvələrinin "Ya Lisarat əl-Hüseyn" kod adı altında həyata keçirdiyi "Nəsr 2 əməliyyatı"nın ikinci dalğasında, Bəhreyndəki Əl-Cufeyr bazasında yerləşən ABŞ qüvvələrinə məxsus silah təminatı anbarlarını, peyk rabitə mərkəzini və şəxsi heyətin qaldığı binaları raket və pilotsuz uçuş aparatları ilə hədəf aldığını bəyan edib.

Açıqlamada sözügedən hədəflərin vurulduğu qeyd olunub və cavab əməliyyatlarının davam edəcəyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ