EURO 1,934 NEFT 63,8
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.10.2018 12:26:39

Əməliyyatda 6 ədəd balistik raketdən istifadə olunub

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Əhvazda terror aktı həyata keçirən qruplaşmanın Suriyada Fəratın şərqində yerləşən qərargahını orta mənzilli balistik raketlə vurub.

Bu haqda Korpusun yaydığı məlumatda deyilir: "İranın məzlum və müdafiəsiz xalqından 25 nəfərin şəhid olması, 69 nəfərin də yaralanması ilə nəticələnmiş 22 sentyabr Əhvaz terror cinayətinə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu bu gün səhər tezdən Amerika və regiondakı bəzi rejimlər tərəfindən himayə olunan təkfirçi terrorçuların Suriyada, Fərat-ın şərqində yerləşən mövqelərini raket hücumuna məruz qoyub."

Məlumatın davamında "Bu əməliyyatda altı ədəd orta mənzilli ballistik raket Sepah-ın hava-kosmos qüvvələrinin raket bazalarından atılıb və muzdur və cinayətkar terrorçular 570 kilometrlik məsafədən ölümcül zərbələrin hədəfinə məruz qalıb. Həmçinin pilotsuz aparatlarla terrorçulara hücum edilib. Əldə olunmuş dəqiq məlumatlara əsasən, bu əməliyyatda terrorçuların başçıları və təsirli ünsürlərindən bir qrupu ölüb və ya yaralanıb, həmçinin onların sursat anbarları və elektron infrastrukturları da məhv edilibdir", - deyə qeyd edilib.


İran Əhvaz terrorçularının qərargahını balistik raketlə vurdu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abel Məhərrəmov rekotorluqdan çıxarılmasına və barəsindəki iddialara ilk dəfə münasibət bildirdi
    Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib.
     21.11.2018
    Ramil Usubovdan TƏLƏB
    Nazir nöqsanların aradan qaldırılmasını tələb edib
     21.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ