EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:17.10.2019 13:33:46

Tam İran istehsalı olan "Yasin" döyüş təyyarəsinin təqdimatı keçirilib

Tam İran istehsalı olan "Yasin" döyüş təyyarəsinin təqdimatı keçirilib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, tam İran məhsulu olan "Yasin" modern reaktiv təlim-məşq qırıcısı bu gün səhər Həmədanın "Şəhid Noje" bazasında təqdim olunaraq fəaliyyətə başlayıb.

Bu təyyarə İranın müdafiə naziri briqada generalı Əmir Hatəminin iştirakı ilə havaya qalxıb.

Qırıcı yekun sınaq etaplarını keçirdikdən sonra İran ordusunun hava qoşunları komandanının əmri ilə özünün ilk rəsmi uçuşunu Həmədanın "Şəhid Noje" bazasının üzərində həyata keçirib.

Bu təlim-məşq təyyarəsi İranın müdafiə nazirliyinin mütəxəssisləri tərəfindən və İran ordusunun hava qoşunlarının həmkarlığı ilə dizayn edilərək, istehsal olunubdur.

Tam İran məhsulu olan "Yasin" tipli modern reaktiv təlim-məşq təyyarəsinin uzunluğu on iki, hündürlüyü isə dörd metrdir. Əməliyyat üçün havaya qalxarkən yüksüz çəkisi 5,5 tondur. 12 kilometrədək uçma qabiliyyətinə malikdir.

On metrdən çox uzunluğa, 24 kvadrat-metr sahəyə malik olan bu təyyarənin qanadı elə formada dizayn edilibdir ki, təyyarə minimum saatda 200 kilometr sürətlə enmə və qalxma cəhətdən dünyanın ən yaxşı təlim-məşq təyyarələri sırasında dura və su üzərində öz sürətini səs sürətindən aşağı səviyyəyə çatdıra bilmiş olsun.

İran İslam Respublikası bu modern reaktiv təlim-məşq təyyarəsini konstruksiya və istehsal etməklə aviasiya texnologiyasına malik olan dünyanın az sayda ölkələri sırasında durub və bu bacarığı digər ölkələrlə paylaşmağa hazırdır.


İran istehsalı olan "Yasin" qırıcısı təqdim olundu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda iğtişaşçılara etiraz,  Ayətullah Xameneiyə dəstək mitinqi - VİDEO, FOTO
    İranda benzin bahalaşmasından istifadə edən iğtişaşçılara etiraz əlaməti olaraq Təbrizdə və bir çox şəhərdə mitinqlər keçirilib
     20.11.2019
    Trampın impiçment araşdırması davam edir
    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir.
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ