EURO 1,8924 TRY 0,2901
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.08.2019 13:38:51

İran prezidenti təqdimatda iştirak edib.

İran “Bavər -373” havadan müdafiə sisteminin təqdimatını edib. 

APA-nın Tehran bürosunun məlumatına görə,  təqdimat mərasiminda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Silahlı Qüvvələrin yüksək rütbəli komandir heyəti iştirak edib.

"Bavər-373" havadan müdafiə sisteminin Rusiyanın "S-300" raket əleyhinə müdafiə sistemləri ilə eyni gücə malik olduğu bildirilir. Məlumatda qeyd olunur ki, bu sistemin hazırlanması iranlı mütəxəssislər tərəfindən və “Səyad 2” və “Səyad 3” müdafiə sistemlərinin texnologiyasından istifadə olunaraq hazırlanıb.

Sistem hava hədəflərini birbaşa məhv etmə qabiliyyətinə malikdir. Müxtəlif növ hava hədəfləri, o cümlədən gizli təyyarələri, strateji və bombardımançı təyyarələri, pilotsuz təyyarələri, kruz raketlərini, radar əleyhinə olan raketləri, ballistik raketləri və oxşar hava hədəflərini tapıb məhv etmə gücünə malikdir.  
Sistem, həmçinin 300 hədəfi müəyən edib, 60 hədəfi izləyib və 6 hədəfi eyni zamanda məhv etmə gücünə malikdir.

Açılış mərasimində çıxış edən Prezident H.Ruhani deyib ki, "Bavər -373" sistemi  "S-300"-dən yaxşı və "S-400"-ə yaxın bir sestemdir.


İran rus sistemi kimi güclü silah yaratdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tehranın cümə namazında milyonluq iştirak - VİDEO
    Bu gün Tehranın cümə namazına iştirak edənləri sayı milyonlarla ölçülüb
     17.01.2020
    Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ