1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:05.03.2020 10:32:51

İranda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir.

İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat verir.

Məlumatda deyilir ki, İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və  zəruri şəraitlə təmin edilmiş, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçib. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. Qeyd edək ki, İran İslam Respublikasından qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur.

Əlavə sorğular üçün vətəndaşların Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.


İrandan qayıdanlar mütləq şəkildə 14-29 gün karantin rejiminə yerləşdirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ