EURO 2,1108 NEFT 65,25
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.02.2018 14:45:23

Ərəb Koalisiyasındakı təmsilçələrindən olan Aida Tuma-Süleyman İsrail rejiminə qarşı sərt ittihamlar səsləndirib.

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, Knessetin (red: İsrail parlamenti)  Ərəb Koalisiyasındakı təmsilçələrindən olan Aida Tuma-Süleyman İsrail rejiminə qarşı sərt ittihamlar səsləndirib.

Növbəti plenar iclasda çıxış edən deputat  Aida Tuma-Süleyman İsraili İŞİD ilə əməkdaşlıqda ittiham edib.

"Sionist laqer"in deputatı Revital Svidin ərəb deputatı "Hizbullah", İrana dəstək verməkdə ittiham etməsindən sonra  Aida Tuma-Süleyman cavab olaraq deyib: "Bəsdirin yalan danışdınız. Mən bütün müharibələrə, bütün silahlanmaya qarşıyam. Bu mənim prinsipimdir. Mən dünyanın bütün suveren dövlətlərinə qarşı rasist və iddialı siyasət yürüdən, İŞİD kimi bütün ekstremist və terror qruplaşmaları ilə əməkdaşlıq edənlərə qarşıyam. Mən bu qruplaşmalarla əməkdaşlıq etməmişəm. BMT İsrail rejiminin bu tip qruplaşmalarla əməkdaşlığını qeydiyyata alıb."

Ərəb deputat sözlərinin davamında  "Bu sənədlər İsrail hökümətinin başda Netanyahu olmaqla İŞİD-dən neft alınmasını təsbit etmişdir. Ara-sıra İsrail höküməti suveren dövlətlərə hücum edir. Mən özümə ictimaiyyəti lazımsız konfliktdən, təxribat və avantürizmdən xəbərdar etməyi borc bilirəm.", -deyə qeyd edib.

Qeyd edək ki, Aida Tuma-Süleyman 1964-cü ildə xristian ərəb ailəsində dünyaya gəlib. Jurnalist və siyasətçidir. 1992-ci ildə Ərəb Feminist qrupunu təsis edib. 


İsrail buna görə İŞİD-ə dəstək verib? - İsrailli deputatdan şok iddia - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ