1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.10.2019 00:54:44

İsrail Hərbi Kəşfiyyatının sabiq rəisi Amos Yadlin Donald Trampı Süleymaniyə görə tənqid edib

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsilə bağlı açıqlamasına İsrail Hərbi Kəşfiyyatının sabiq rəisi, hazırda Milli Təhlükəsizlik İnstitutunun rəhbəri Amos Yadlin sərt reaksiya verib.

Biz israillilər üçün, İŞİD ikinci dərəcəli təhlükə hesab olunur. Biz istəyərdik ki,  ABŞ Qasim Süleymani (İranın Qüds Briqadasının komandiri) və Həsən Nəsrullaha qarşı da oxşar addım atsın.”, -deyə Yadlin özünün tvitter səhifəsində bildirib.  

O həmçinin bildirib ki, İŞİD-in nüvə fəaliyyəti, balistik raketləri və dəqiq zərbə endirən silahları yoxdur. ABŞ-ın İrana qarşı “güclü təzyiq”i isə hərbi yol olmadan öz hədəflərinə çatmamaqdadır.

Yadlinin sözlərinə görə, ABŞ Yaxın Şərqdə ancaq İŞİD-ə qarşı döyüşür, ancaq əslində İrana qarşı döyüşməli olduğu halda bunu etmir; halbuki İslam Respublikası İsrail və müttəfiqləri üçün əsas təhlükədir.

Qeyd edək ki, bu gün ABŞ prezidenti İŞİD liderinin məhv edilməsilə bağlı açıqlama verib.


İsrail Hərbi Kəşfiyyatının sabiq rəisi Trampı Bağdadiyə görə tənqid etdi: Əsas təhlükə Süleymani...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ