EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:21.11.2019 10:29:55

İsrail mediası ara-sıra İsrailin Suriyada İranı vurması ilə bağlı xəbərlər yayımlayır

İsrail mediası ara-sıra İsrailin Suriyada İranı vurması ilə bağlı xəbərlər yayımlayır. Çox vaxt bu xəbərlər həqiqəti əks etmir və ya olduğu kimi yayımlanmır. Bu günlərdə də, İsrail mediası İranın İnqilab Keşikçilərinin "Qüds" güclərinin Dəməşqdəki "şüşədən bina"sının vurulması ilə bağlı xəbərlər yaymaqdadır.

İslamazeri.com xəbər verir ki, xəbərlər xüsusilə Netanyahunun dəstəyilə fəaliyyət göstərən portallarda yayımlanır.

İsrail mediası iddia edir ki, Dəməşqdə Mezze hava limanı yaxınlığında "şüşəli bina"da İranın İnqilab Keşikçilərinin "Qüds" güclərinin mərkəzi ofisi olub.

Müharibə şəraitində İŞİD kimi terror qruplaşmasını ölkədən qovan, Suriya, İraq və Livan, həmçinin dolayısı yollarla Yəmən müqavimətinə dəstək verən briqadanın "şüşəli bina"da ofis tutması İsrail mediasının Netanyahunu növbəti dəfə son müharibə, həmçinin seçkidə qurtarmaq təbliğatlarına oxşayır.

Belə ki, Suriyanın SANA agentliyi İsrailin Suriyaya qarşı hava əməliyyatının qarşısının alındığını bildirir. Hətta agentlik İsrail raketlərinin göydə tutulması ilə bağlı video yayımlayıb.

Ynet agentliyi, Reşet telekanalı, həmçinin rus dilli İsrail saytları hökümətin hüquq müşaviri Avixay Mandelblitin bu gün Benyamin Netanyahuya qarşı ittihamları səsləndirəcəyindən xəbər verir.

Bildirilir ki, Netanyahuya qarşı cinayət işi bağlanması gözlənilmir, rüşvət ittihamalarının elan olunması isə gündəmdədir.

Bu arada Amis Lapidot - İsrail Ordusunun sabiq komandanı, general mayor ölüb. Cursor portalı onun ölümünün gizlədildiyini bildirir. 

Netanyahu öz postu üçün İran,HƏMAS, İslami Cihad, Hizbullah və Suriya ilə müharibə apardığını daim media vasitəsilə insanlara yeritmək istəyir. Lakin fələstinlilərlə belə müharibə və ya azmüddətli döyüşlər Netanyahunun kabusuna çevrilir. Bu ilin may ayında bir neçə günlük müharibə zamanı 700-ə yaxın raketin İsrailə tuş gəlməsi, Netanyahunu  fələstinlilərin tələblərini yetirməyə hazır olduğunu bildirməsinə və  atəşkəs üçün Qətərə ağız açmasına səbəb olmuşdu.  Bundan sonra İsraildə Kaxol-lavan partiyasının liderlərindən olan Yair Lapid Netanyahunu sərt tənqid etmişdi:  "690 raket, 4 ölü və baş nazir İsrail vətəndaşlarına açıqlama vermir - bu qorxaqlıqdır. Vətəndaşlarla danışın, nə baş verdiyini açıqlayın, Daxili Cəbhənin komandanlığını açıqlama verməsinə zəmin yaradın. Bu atəşkəs deyil, kapitulyasiyadır. Bu siyasi cəsarət deyil, qorxaqlıqdır. İsrail vətəndaşları ilə görüşməyə belə cəsarətləri yoxdur."

Netanyahunun seçkilərdəki rəqibi, keçmiş qərargah rəisi Benni Qants isə: "700-ə yaxın raket İsrail əraizlərinə tuş gəlib. Çoxlu yaralı və 4 ölümüz var - bu hökümətin çəkinməsinin nəticələridir. Sonu isə HƏMAS-ın şantajlarına boyun əymək olacaq.", -demişdi.


İsrail mediasının "İranın Suriyada vurulma" xəbərləri Netanyahunu xilas etmək üçündür?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
    Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib
     09.12.2019
    Həkimindən Şeyx Zəkzaki ilə bağlı açıqlama
    Şeyx Zəkzaki ilə bağlı mətbuat konfransı keçirilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ