1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.05.2019 01:30:08

Fələstinin Müqavimət Təşkilatları ABŞ və İsrailin "Yüz ilin anlaşması" adlı Fələstin işğalının leqallaşması üçün Bəhreyndə keçirəcəkləri konfransla bağlı bəyanat yayıblar

İslamazeri.com "palinfo"ya istinadən xəbər verir ki, Fələstinin Müqavimət Təşkilatları ABŞ və İsrailin "Yüz ilin anlaşması" adlı Fələstin işğalının leqallaşması üçün Bəhreyndə keçirəcəkləri konfransla bağlı bəyanat yayıblar.

22 mayda keçirilən Müqavimət Təşkilatlarının tədbirində Bəhreynin İqtisadi Forumuna rəsmi olaraq dəvəti rədd etdiklərini açıqlayıblar.

Tədbirinin yekun bəyanatında deyilir: "Fələstin məsələsi tamamilə siyasidir. Milli haqlar bazarlıq qəbul etməz və satılmazdır. İqtisadi planlar və xəyali vədlər "Yüz ilin anlaşması"nın Fələstin məsələsini yox etmə hədəfinin kirli üzünü örtə bilməz."

Fələstin təşkilatları sionist işğalçı ilə əlaqələri normallaşdırmanın hər formasını rədd etdiklərini dilə gətirərək "normalaşma Fələstin mübarizəsinə xəyanət və Fələstin xalqımızın fədakarlıqlarına nönkor bir zərbədir.", -deyə dəyərləndiriblər.

Fələstin Müqavimət Təşkilatları başda qardaş Bəhreyn xalqı olmaqla Ərəb və İslam xalqlarını işğalla əlaqələri normallaşdırma səylərini boşa çıxarmağa, onlardan uzaq olmağa və Fələstin xalqının qərarlı, prinsipial mövqeyini dəstəkləmyə çağırıb.

Fələstin Müqavimət Təşkilatları tədbirdə həmçinin azadlıq, vətənə qayıdış və şərəfli həyat hədəflərini inkişaf etdirmək üçün "Böyük Dönüş Yürüşü" aksiyalarının da davam edəcəyini bildiriblər.

Açıqlamada işğalçı rejimlə təhlükəsizlik işbirliyinin son verilməsi mövzusunda milli ittifaqa əməl edilməsi, Oslo anlaşmasının yükünün atılması və "Yüz ilin anlaşması" oyununa qarşı müqavimət variantına dəstək çağırısı önə çəkilib.

Oslo anlaşması (ing. Oslo Accords, rəsmi adı «Declaration of Principles on Interim Self-Government Arrangements» (Müvəqqəti özünüidarə razılaşmalarına dair prinsiplərin haqqında bəyannamə) və ya «Declaration of Principles» («DOP»)) — Norveçin əqidəsi altında keçirilən, israil-fələstin münaqişəsini nizamlanması məqsədi ilə İsrai və Fələstin Azadlıq Təşkilat(FAT) arasında Osloda keçirilən gizli ikitərəfli danışıqlar.


İsrail və ABŞ-a aldanmayın - Fələstin Müqavimətindən Bəhreynə çağırış

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ