EURO 1,8811 TRY 0,2982
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:09.08.2019 17:10:55

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Fars Körfəzindəki qondarma hərbi koalisiyada iştirakı ehtimalını İranın milli təhlükəsizliyinə qarşı bir təhdid adlandırıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Fars Körfəzindəki qondarma hərbi koalisiyada iştirakı ehtimalını İranın milli təhlükəsizliyinə qarşı bir təhdid adlandırıb və deyib ki, sionistlərin Fars Körfəzində iştirakı təhdidi ilə mübarizə İranın haqqıdır.

İslamazeri.com "Sahar"in portalına istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün sionist rejimin "Fars Körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmini" adlandırılan məsələ üçün Amerikanın hərbi koalisiyasında iştiraka hazır olmasına dair xəbərlərin yayılmasına münasibət bildirib.

"Bu təhlükəli addımın bütün nəticələrinin məsuliyyəti Amerika rejiminin və qanunsuz sionist rejimin üzərinə düşəcəkdir. Fars Körfəzində Amerika hərbi koalisiyasının təşkili gərginlikyaradan və aldadıcı bir hərəkətdir", -deyə İran XİN-in sözcüsü əlavə edib.

Musəvi sözlərinin davamında deyib ki, İran bu kimi koalisiyaların formalaşması ilə öz müxalifətini elan edir və onun təşkilatçıları və üzvlərini bölgədə gərginliyin və ehtimal üzrə ondan irəli gələcək böhranın yaradılmasında təsirli amillər hesab edəcəkdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinin davamında deyib: "İran Fars Körfəzi bölgəsi ölkələrindən biri kimi bu bölgədə 1500 millik sahilə malik olmasına və tarixi məsuliyyətinə görə, Fars Körfəzini öz ölkə ərazisinin davamı hesab edir və özünü onun, eləcə də bu bölgədəki gəmilərin gediş-gəlişlərinin təhlükəsizliyini təmin etməyə borclu bilir. Regiondankənar qüvvələrin hər bir adda olursa-olsun, Fars Körfəzində iştirakı nəinki bu bölgədə təhlükəsizliyin gücləndirilməsinə kömək etməyəcək, əksinə həssas Fars Körfəzi bölgəsində gərginlik və böhrana daha çox zəmin yaradacaqdır."


İsrailin Fars Körfəzində koalisiyada iştirakı qəbul edilməzdir - İran

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ