EURO 1,8748 TRY 0,2873
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.07.2019 10:28:01

"Criminal.az" saytının redaktoru Anar Məmmədov iyulun 3-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

"Criminal.az" saytının redaktoru Anar Məmmədov iyulun 3-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Onunla idarənin rəisi Mirqafar Seyidov və Cinayət-Axtarış İdarəsinin və paytaxt qarnizonun rəisləri söhbət ediblər.

Polisə çağırılmasına səbəb saytda dərc edilən iki yazı olub. Yazılardan biri Qarabağ Hərəkatının sədri Vasif Qurbanzadənin evində baş vermiş oğurluğun üstünün açılmamasıyla əlaqədar DİN rəhbəri Vilayət Eyvazova açıq məktubudur. Digər məqalədə qarətdə şübhəli bilinən şəxsin tutulub, bir gün sonra azadlığa buraxılmasından danışılıb.

A.Məmmədov qeyd edib ki, ona qarşı nəzakətlə davranıblar, hətta iradlarını mədəni şəkildə bildiriblər: "Düzdür, iddia etdilər ki, bu yazılarla polisə qarşı haqsızlıq edirəm, qərəzli davranıram. Amma heç bir kobudluq olmadı", - A.Məmmədov deyib.

Qeyd edək ki, hazırda A.Məmmədov şərti həbs cəzası çəkir. O, bu ilin martında dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla 5,5 il azadlıqan məhrum edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsinə "Criminal.az" saytında Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsd barədə yazıların dərci səbəb olub.

Bir sıra beynəlxalq jurnalist təşkilatları, habelə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir A.Məmmədovun barəsində hökmü pisləyiblər. 


Jurnalist yazılara görə polisə çağırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO
    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa edib.
     15.10.2019
    Türkiyədə əməliyyatlar: HDP-li bələdiyyə sədrləri saxlanıldı - FOTO
    Türkiyədə HDP-li 4 bələdiyyə sədri saxlanılıb
     15.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ