EURO 1,934 NEFT 63,63
USD 1,7 RUB 0,0258

Arif Rəhimzadə kimdir?

Arif Rəhimzadə kimdir?

Arif Qafar oğlu Rəhimzadə 24 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur.

1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir.

1987-1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Azərbaycan SSR XI və XII çağırış Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I, II, III, IV, V çağırış Milli Məclisinin deputatı seçilmişdir. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olmuşdur.

26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə Arif Rəhimzadə "Şöhrət" ordeni ilə təltif edilib.

2011-ci il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilmişdir. Milli Məclisin regional məsələlər komitəsinin sədridir.

Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir.

Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəridir.

Rus dilini bilir.

Evlidir, 2 övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ