Ayətullah Mir Əbdülqəni Badkubeyi kimdir?

Ayətullah Mir Əbdülqəni Badkubeyi kimdir?

Bakının Maştağa kəndində ruhani ailəsində dünyaya göz açan Mir Əbdülqəni ağa ilk təhsilini kənddəki məşhur alimlərdən alır.

Daha sonra elmin mərkəzi olan Nəcəfə yollanır. 26 il orada təhsil alaraq ictihad dərəcəsinə çatır və vətənə qayıdır.

Az bir zaman ərzində Bakıda və Qafqazda adı dillər əzbəri olur. Anası və həyat yoldaşı ərəb olan Mir Əbdülqəni ağa Ərəbistandan оlan dəvətlərin hamısına rədd cavabı verərək vətəndə xalqına xidmət etməyi üstün tutur.

Onun qardaşı Hacı Mir Vəhhab ağa da dövrünün məşhur alimlərindən biridir. Həmçinin Hacı Mir Vəhhab ağa bir müddət Bakı şəhər qazisi kimi fəaliyyət göstərmişdir.

Mir Əbdülqəni Badkubeyi 1912-ci ildə dünyasını dəyişib. Maştağada Cümə məscidinin həyətindəki o vaxtkı qədim minarənin yanında dəfn olunur.

1937-ci ildə minarə xalqın düşmənləri tərəfindən söküləndən sonra kənd camaatı ağanın cənazəsini Seyyidlər qəbiristanlığında yerləşən «Əqil Baba» türbəsinin yanınıda dəfn edirlər.

 

Mənbə: "İslam Həqiqətləri"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ