EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Behbud ağa Şahtaxtinski kimdir?

Behbud ağa Şahtaxtinski kimdir?

Behbud ağa Şahtaxtinski (1881, Şərur (indiki Kəngərli), Şahtaxtı. - 30 may 1924, Tiflis).

Behbud ağa Şahtaxtinski 1905-1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, "Hümmət" təşkilatı Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra (1920) xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar V.İ.Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni V.İ.Lenin və B. Şahtaxtinski imzalamışdılar (1920-ci il, 30 sentyabr). Kominternin 2-ci konqresinə nümayəndə seçilmişdi.

Behbud ağa Şahtaxtinski 1921-1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan MSSR XKS-nin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. vəzifələrdə çalışmışdır. Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskvavə Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Qars müqaviləsini Azərbaycan SSR adından Behbud bəy imzalamışdır.Onun Naxçıvan məsələsində Nəriman Nərimanovun adından Moskvada atdığı addımlar, Rusiya-Türkiyə danışıqlarında seçdiyi xətt Naxçıvana Azərbaycanın ayrılmaz bir hissəsi kimi muxtariyyət statusu verilməsinə müsbət təsir göstərmişdi.

1924-cü ildə Tiflisdə vəfat etmişdir və köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunmuşdur.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ